Hər bilgini əhatə edən bitig
Fındıq hündürlüyü 3-10 metrə çatan, kol şəkilli, çətiri sıx və yumurtavari olan, sıx budaqlı bitkidir. Gövdəsi açıq-boz, cavan zoğları isə açıq-qəhvəyi rəngdədir. Yarpaqları 5-13 sm uzunluqda, 5-9 sm enində oval formadadır. Yarpağın uc hissəsi mişardişli şəkildədir.
Azərbaycanda qoyunçuluq qədim tarixə malik olmaqla köçəri, yarımköçəri saxlanmış, əsasən kəndətrafı, yay-qış otlaq-örüş sahələrində, dağlıq və dağətəyi zonalarda inkişaf etmişdir.
Qoyun və keçilərin kontagioz ektiması iti gedişli virus xəstəliyidir. Ağız boşluğunun selikli qişasında, dodaqların, ətrafların, yelinin, cinsiyyət orqanlarının dərisində və digər yerlərdə düyünlərin, vezikulaların, pustulaların və qaysaqlanmış yaraların əmələ gəlməsi ilə səciyyələnir.
Südlük-ətlik cins asaf qoyunu. Xüsusi yem tələbi yoxdur. Ən aşağı keyfiyyətli otla qidalana bilir. Əti iysizdir və dadlıdır.
Ətlik cins romanov qoyunu. Quzularının ilk bir ayında xəstəlik və ölüm ehtimalı yüksək olur. Quzuların doğulandan 20-25 gününə qədər gözlərinə ağ gəlməsi müşahidə olunur. Vaxtında dərman vurulduqda 3-5 gün ərzində sağalır.
Aqroekosistem kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfındən dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Üzüm, üzümkimilər fəsiləsinə aid bitkidir. İslam dinində bir sıra bitgilər kimi üzüm bitgisinədə özəl bitgilərdən hesab olunur. Qurani-Kərimdə üzümlə bağlı ayələr vardır.
Şüyüd çətirkimilər fəsiləsinə aid edilmiş tərəvəz bitkisidir. Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu miqdarda kalium, kalsium, fosfor və dəmir duzları vardır.
Azərbaycanda kənd təsərrüfatı işçiləri günü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan adamların əməklərini qiymətləndirilməsi məqsədi ilə qeyd olunan gündür.
Gilas gülçiçəyikimilər fəsiləsinə aid olan bitki növüdür. Dünyada 1500-dən çox növləri vardır. Dünyada ən geniş yayılmış bitki növlərindən biridir.