Arama
Gilas (bitki)

Bitkinin adı: Gilas.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Gülçiçəklilər.

Sıranın fəsiləsi: Gülçiçəyikimilər.

Fəsilənin yarımfəsili: Gavalıkimilər.

Fəsilənin cinsi: Gavalı.

Cinsin növü: Gilas.


Tərkibində olanlar:

Şəkər miqdarı: 18%.

Turşuların miqdarı: 0,32-1,29%.

Vitaminlərin adları: C vitamini və karotin (provitamin A)

Çəyirdəyindəki yağlılıq: 5,65%.


Müalicəvi əhəmiyyəti:

Tətbiq olunan xəstəlikləri: Gilas mədə-bağırsaq, sidik yolları, ürək-damar, qanazlığı (anemiyadan), varikoz genişlənməsi, qaraciyər xəstəliklərinin müalicəsi üçün xeyirlidir. Gilas orqanizmdən xolesterini çıxarır, maddələr mübadiləsini tənzimləyir, həmçinin pəhriz dövründə iştahı artır.


Haqqında digər bilgi:

Gilas gülçiçəyikimilər fəsiləsinə aid olan bitki növüdür. Dünyada 1500-dən çox növləri vardır. Dünyada ən geniş yayılmış bitki növlərindən biridir.

Gilas həm qida sahəsində, həm də təbabət sahəsində geniş istifadə edilməkdədir. Meyvələri yumru, ürəkvari olur. Meyvənin diametri 1,5 sm-ə qədərdir. Rəngi sortlardan asılı olaraq ağ, sarı, qırmızı, çəhrayı, qaradır. Ləti zərif, şirəli və şirindir. Yabanı halda Qafqazda, Ukraynada və Moldovada rast olunur. Əksər gilas sortlarının bu növdən törədikləri iddia olunur. Yarpaqları iri, tərs-yumurta formalı, kənarları dişlidir. Çiçəkləri iri, ağ və ya çəhrayı rəngli olub, çətir tipli çiçək topası yaradır.

Yabanı halda gilasın bir növü yayılmışdır. Adi gilasın 10-15 m uzunluqda olan hündür boyu olur, qamətli, dağınıq çətrə malik ağacdır. Gövdə üzərində skelet budaqlar 3-4 ədəd olmaqla təbii mərtəbəlik yaradır.

Dünyada ABŞ, Türkiyə, İtaliya, Fransa gilas istehsalında ilk sılraları tuturlar. Danyada ildə təxminən 2200000 ton gilas istehsal olunmaqdadır. Azərbaycanda istehsal olunan gilasın 45%-i Quba-Xaçmaz bölgəsində istehsal olunur. Dünyada Çelan, Tieton, Raynier, Binq, Lapins, Skina, Stella, Summit və başqa sortları becərilir ki, bunlardan Azərbaycanda Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin, Sarı Droqana, Frans İosif, Kəlürəyi sortları yetişdirilir.

Gilasın artırılması və yetişdirilməsi haqqında Kənd təsərrüfat nazirliyi aşağıdakı məlumatı verir.

Xarici səraitə münasibəti:

Gilas istiliyə tələbkar bitkidir. Lakin həddindən artıq istilik böyümə və inkişafa mənfi təsir göstərir. Cənub rayon bitkiləri içərisində qışa ən davamlı bitkidir. İşığa tələbkardır. Calaqaltıdan asılı olaraq rütubətə tələbi müxtəlifdir. Antipkaya calanmış gilas sortları rütubətə az, gilas və albalıya calananlar isə artıq tələbkardır. Lakin həddən artıq rütubətlilik və qrunt sularının səthdə yerləşməsi gilasa mənfı təsir edir. Yüngül, su durğunluğu olmayan, qalın şum qatlı, qumsal torpaqlarda gilas yaxşı inkişaf edir. Torpaq sıxlığı (həcmi çəki) 1,5 q/sm3 isə olduqda gilas inkişaf edə bilmir.

Artırılması:

Gilas calaqla artırılır. Calaqaltı olaraq cır gilas, antipka və adi albalıdan istifadə olunur. Sarı Droqan və Sarı Denissen sortlarının toxmacarları da calaqaltı kimi istifadə edilir. Yaşlı, nisbətən yoğun gövdəli bitkiyə qələm calağı da vurulur. Əsasən göz calağından istifadə edilir. Birillik tinglər yaxşı qulluq şəraitində çox güclü boy atır və yan budaqlanmalara malik olur.

Bağın salınması və qulluq:

Gilas bağı üçün sahə albalıda olduğu kimi hazırlanır. Əkin payızda və ya ilk yazda aparılır. Əsasən düzbucaqlı əkin sxemindən istifadə edilərək, qida sahəsi 6-8x4-5 m verilir. Sərnədə, çarpaz tozlanmanı təmin etmək məqsədilə 3-4 sort əkilir. Cərgəaraları qara herik, siderat və cərgəarası toxalanan bitkilər altında saxlanılır. Gilas bitkisi gübrəyə həssasdır. Qida ilə (üzvi və mineral gübrələrlə) yaxşı təmin olunmuş bitkilər bol və keyfiyyətli məhsul verir. Xüsusən əkin qabağı hər çalaya 15 kq peyin, 300 q superfosfat, 150 q ammonium şorası və 50 q kalium duzu verildikdə yerüstü və kök sisteminin fəaliyyəti güclənir. Gilas rütubətə tələbkardır. Xüsusi ilə gilasa, albalıya calanmış sortlar il ərzində az normalarla (300-400 m3/ha) tez-tez (5-6 dəfə) suvarıldıqda məhsuldarlıq yüksəlir. Yeni gilas bağının salınması üçün 7x5 m sxemi üzrə 4800 manata qədər vəsait tələb olunur. Gilasın 1 hektarından 100-110 sentner məhsul alınarsa həmin sahədən 3500-4000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 71-75% təşkil edir.

Gilas (bitki)
Gilas ağacının budağı, yarpağı və meyvəsi.
Gilas (bitki)
Gilas ağacının budağı, yarpağı və meyvəsi.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?