Arama
Ramazan ayı

Adı: Ramazan ayı.

Təqvim: Hicri təqvimində ay.

Təqvimin əsası: Ay əsaslı təqvim.

Günlərin sayı: 29-30 gün.

Dini bağlılığı: İslam dini.

Dini önəmi: İslam dinidə bu ay oruc ibadəti yerinə yetirilir.

Özəl günləri: Qədir gecələri və ramazan bayramı günləri.


Haqqında digər bilgi:

Ramazan ayı hicri təqvimində 9-cu aydır. Bu ay müsəlmanlar fərz olan ibadət gərəyi oruc tutmaq ibadətini tamamlayırlar. Bu İslamın (əməlin) 5 şərtindən biridir.

Razamazn ayının xüsusi günü qədr gecəsi adlanır. İslam etiqadına görə Qurani-Kərimin ilk ayəsi bu gecələrdə nazil olub. Qədr gecəsi ilə bağlı Qurani-Kərimin 97. Surəsində də (Qədr surəsi) bilgi verilmişdir.

Ramazan ayında oruc tutmaq müsəlmanlara fərz qılınmışdır. Oruc tutmaq sübh namazı girməmiş sahur adı verilən yemək yeməklə başlanır. Oruc tutmamışdan öncə niyyət edilir. Gün boyu yeyəcək və içəcəkdən uzaq durulur, orucluğun digər şərtləri yerinə yetirilir. Axşam namazı girdikdən sonra iftar adı verilən yeməklə başa çatır. Həm oruc tutmağa başladıqda, həmdə orucu açanda dualar oxunur. Ramazan ayı boyunca teravih namazı qılınır.

Xəstə olanlar, səfərdə olanlar oruc tutmaya və qəza edə bilərlər. Ramazan ayının sonuncu gününü müsəlmanlar bayram olaraq qeyd edirlər. Bu qurban bayramı ilə birlikdə İslam dininin ən böyük bayramıdır.

Ramazan ayı
Hoş gəldin ey şehr-i Ramazan
Ramazan ayı
Hoş gəldin ey şehr-i Ramazan
Yazar: Şükür Məhişoğlu Oxunma: 786 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?