Arama
Şüyüd

Bitkinin adı: Şüyüd.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Çətirçiçəkkimilər.

Sıranın fəsiləsi: Çətirkimilər.

Fəsilənin yarımfəsili: Gavalıkimilər.

Fəsilənin cinsi: Şüyüd.


Tərkibində olanlar:

Duzlar: kalium, kalsium, fosfor və dəmir.

Vitaminlərin adları: C, B1, B2, PP, P vitaminləri.

Yağlılıq: 0,88%.

Toxumunda efir yağı: 3-5,6%.


Müalicəvi əhəmiyyəti:

Tətbiq olunan xəstəlikləri: İstifadə dairəsi çox geniş olub, ondan mədəbağırsaq pozğunluğuna, qarın köpməsinə qarşı, bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir. Tozu və toxumundan hazırlanan ekstraktından iştahgətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun yağı fitonsidli vasitə kimi tibbdə geniş istifadə edilir. Cövhəri ilə ağız qarqara edirlər.


Haqqında digər bilgi:

Şüyüd çətirkimilər fəsiləsinə aid edilmiş tərəvəz bitkisidir. Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu miqdarda kalium, kalsium, fosfor və dəmir duzları vardır. Yaşıl kütlədə azotlu maddələr 3,48%, yağ 0,88%, azotsuz ekstrakttiv maddələr 7,30%, seIlüloza 2,08%, kül 2,42% təşkil edir. Şüyüdün toxumunda efir yağının miqdarı 3-5,6%-dir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli, xoş tama malikdir.

İstifadə dairəsi çox geniş olub, ondan mədəbağırsaq pozğunluğuna, qarın köpməsinə qarşı, bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir. Tozu və toxumundan hazırlanan ekstraktından iştahgətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun yağı fitonsidli vasitə kimi tibbdə geniş istifadə edilir. Cövhəri ilə ağız qarqara edirlər.

Şüyüddən təzə halda bütün il boyu tərəvəz kimi istifadə edilir, konserv sənayesində toxumlamış halda gövdələr ən geniş miqyasda istifadə olunur. Qənnadı sənayesində, ətriyyat istehsalında əvəzi olmayan bitkidir. Duza, şorabaya qoyulan meyvə-tərəvəzləri bu bitkisiz təsəvvür etmək qeyri-mümkündür. Qurudulmuş şüyüd ət, balıq və tərəvəz xörəkIərinin tərkibinə qatqı kimi əlavə olunur, həmiçnin pəhriz yeməklərinin hazırlanmasında da geniş istifadə edilir. Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Şorbaya, tərəvəz, kartof, balıq və əttdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Şüyüd müxtəlif şirələrin, şərbətlərin, şərabların, ətirli sirkələrin istehsalında geniş istifadə olunur. Şüyüd toxumu qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Toxumunun tərkibində efir yağının çox olmasına görə ondan likör-araq istehsalında, qənnadı, çörək-bulka, ətriyyat, kosmetika və sabunbişirmə sənayesində daha geniş istifadə olunur.

Qaynaq: Ədviyyat, bitki çayları və dərman bitkiləri kitabı, Abbas İsmayılov.

Şüyüd
Dərilmiş şüyüd bitkisi.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?