Arama
Nibiru (Niburu və ya Marduk)

Adı: Nibiru (Niburu, Marduk).

Mahiyyəti: Gəzəgən (planet).

Yeri: Bilinmir, müxtəlif qalaqtikalarda ola bilər.

Təbiyyəti və s haqqında bilgi: Bilgi yoxdur.


Haqqında digər bilgi:

Nibiru (və ya Niburu) digər adı ilə Marduk, bəşəriyyətin yaradılışını İslamdan kənar və İslama qarşı izah etməyə çalışan bəzi araşdırmacılara görə Şumerlərin 12-ci gəzəgən olaraq tanımladıqları və Nibiru adı ilə adlandırdıqları iddia olunduğu gəzəgəndir (planetdir). Digər bir adı olan Marduk adı ilə də təqdim edilməkdədir.

Bu araşdırmacılar tərəfindən irəli sürülən iddiaya görə qədim Şümer mətinlərində, (elmdə varlığı isbat edilməmiş) 3600 ildən bir günəş sisteminə girən və adamları yaratmış bir irqin yaşadığı gəzəgən təsvir olunmaqdadır.

Yenə bu araşdırmacıların iddialarına görə bu mətinlərdə Niburu gəzəgəni başqa bir gəzəgənlə (bəziləri adına tiamat deyir) toqquşmuş və atmosfer örtüyündə zədələr əmələ gəlmişdir (digər buna bənzər fərziyyə reptilianlar yazısında verilmişdir). Nibiru gəzəgənində yaşayan Nefilimlər bu qəzanı aradan qaldırmaq üçün altun (qızıl) tozunun gərəkli olduğunu təsbit etmişlər. Yer gəzəgənində belə altun mədənlərinin olduğunu müəyyən edən Nibirular yerdə yaşamağın mümkün olması məqsədi ilə öncə ayı, yerin ətrafında dönə bilməsi üçün gərəkli çevrəyə oturtmuşlar. Altun tozu əldə etmək üçün ilk öncə 450000 il əvvəl İkiçayarasına (mesopatamiya) enmiş (bəzilərinə görə isə Türkiyə ərazisində yerləşən Göbəklitəpəyə yerləşmişlər), burda düşərgə salaraq İran körfəzi sahillərində altun axtarışına başlamışlar. Dünyaya gələn ilk Nibiru heyətinin başında duranın adı isə Alalo (Anun) olmuşdur. Daha sonra Alalonun oğlu Enkinin rəhbərliyi ilə Afrika, Amerika qitələrinə qədər yayılaraq ilk koloniyalar qurmuşlar. Alalo nəslindən gələnlər isə Anunnakilər adlanmışlar. Daha sonralar isə Alalo öz yerinə isə digər oğlu Enlili təyin etmişdir.

İslam qarşılıqlı bu iddiaları irəli sürənlərə görə tapdıqları altun mədənlərini işlətmək üçün işçi qüvvəsinə ehtiyac ortaya çıxmış və iddiaya görə bu ehtiyacı ödəmək üçün Nibirudan gələnlər meymunların dna-larını dəyişdirərək, onları süni mayalandıraraq yeni növü-adamları yaratmışlar. Yaratdıqları ilk erkək adama Adəm və ilk dişi adama isə Həvva adını vermişlər. Nibirudan gələnlər adamları işlədərək bundan sonra min illər boyu altun mədənindən altunları çıxarmış və öz gəzəgənlərinə aparmışlar. Altunlat tükəndikdən sonra özləridə yer üzünü tərk etmişlər. Beləliklə, yerdə qalan adamlar Nibirudan gələnləri Tanrı olaraq tanımlamışlar. Bu iddianın yekununa görə yer üzündə Nibiruların davamçıları, varisləri və nümayəndələri masonlar olmuşlar. Masonlar Enkinin oğlu Radan (ya da Alalonun digər nəvələrindən) törəmişlər. İddia görsəndiyi kimi masonların ali səviyyədə olduqlarını, yerdə qalan adamların isə onlara kölə olduqlarını isbat etmək mahiyyəti daşımaqdadır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 2271 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?