Arama
Göbəklitəpə

Göbəklitəpə, Şanlıurfadan 25 dəqiqəlik məsafədə, Örəncik kəndi yaxınlığında yerləşən, m. ö. 9-cü min illiyə aid olan kurqandır (höyükdür). Mahmud Qılıc adlı bir köylü tarlasını sürərkən tapdığı oymalı daşı muzeyə götürmüş və bundan sonra bu ərazidə qazıntı işlərinə qərar verilmişdir.

Göbəklitəpə kurqanı ərazisi 9 ha olan 15 m hündürlükdə təpəni əhatə etməkdədir. Tapınma məqsədli törənlərin keçirildiyi iddia edilən yerdə dikili daşlar, memarlıq qalıntıları və üzərində qabartma ilə heyvan və bitgi əksləri işlənmiş daşlar qazıntılar zamanı gün işığına çıxardılmışdır. Boyları 5 metrə qədər olan tiki daşların üzərində əsasən yabanı donuz, ilan, tülkü və müxtəlif cür quş əksləri işlənmişdir. Bəzi daşları isə əl və qol əksləri ilə birlikdə gövdəsi kub formasında olan adam kimi işləmişlər. Mütəxəssislər bu daş heykəllərin bunu düzəldənləri deyil başqa bir boyutun varlıqlarını təmsil etdiklərini düşünməkdədilər.

Göbəklitəpədə ilk tədqiqat 1963-cü ildə aparılsada qazıntı işləri aparılmamış, yerin üzündən tapılan tapıntılara dayanılaraq buranın bir məzarlıq olduğu qənayətinə varılmışdır. Daha sonra 1994-95-ci illərdə yer səthi araşdırmalar və qismən qazıntı işləri aparılmışdır. Bundan sonra buranın arxoloji önəmi təsbit edilmişdir. 2007-ci ildən başlayaraq isə Türkiyə hökümətinin himayəsində qazıntı işləri genişləndirilmiş və 2018-ci ildə bir çox tarixi əhəmiyyətli bilgilər əldə edilmişdir.

Göbəklitəpənin daş dövrünə (neolit dövrü) aid olması onun önəmini çox böyük ölçüdə artırmışdır. Göbəklitəpənin daş dövrünə aid olması nəyin ki, tarix elmində bir sıra irəli sürülən fərziyyələrinin əsasız olduğunu o cümlədən dünyanın yaranması haqqında və adamların təkamül yolu ilə min illər boyu inkişaf edərək günümüzdəki görnüş və şüura sahib olması ilə bağlı iddialarıda çürütmüşdür. Belə ki, 2018-ci ilə kimi tarix kitablarında daş dövründə yaşamış insanların vəhşi şəkilində, kiçik sürülərlə və mağaralarda yaşadıqları, bitgi kökü toplayaraq və kortəbii şəkildə ov edərək qidalandıqları yazılır və isbat edilmiş elmi fərziyyə olduğu iddia edilməkdə idi. Lakin, Göbəklitəpədə tapılan tapıntılar o dövürdə də insanların günümüzdə olduqları kimi uslu (şüurlu) olduqlarını, bir ali topluluq şəklində yaşadıqlarını, heyvan bəslədiklərini, əkinçiliklə məşğul olduqlarını, yüksək səviyyədə (daşların üstündə qabartma üsulu ilə müxtəlif əkslər hazırlaya biləcək qədər) yaradıcılıq qabliyyətlərinin olduqlarını, inanclarının olduqlarını və dini ayinlər icra etdiklərini və digər bu kimi çox əhəmiyyətli qabliyyətlərə malik olduqlarını təkzibedilməz şəkildə isbat etdi. Bu da öz növbəsində yerin yaranması və insanlar haqqında olan dini bilgilərin doğruluğunu qabartmış oldu.

Göbəklitəpə
Üzərində qabartma ilə heyvan əksi işlənmiş tikili daş.
Göbəklitəpə
Göbəklitəpə qazıntı işlərindən görüntü.
Göbəklitəpə
Göbəklitəpə vadisi.
Göbəklitəpə
Üzərində qabartma ilə heyvan əksi işlənmiş tikili daş.
Yazar: Şükür Məhişoğlu Oxunma: 643 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?