Arama
Reptilianlar

Reptilianlar çox əski çağlarda, minlərlə il bundan öncə yer üzünə gəldikləri iddia edilən uzaylı irqinə verilən addır. Bəzi iddialara görə ilana bənzər varlıqlardan törəmiş və istədiklərində insan şəklinə, istədiklərində isə başı ilan başına bənzər qeyri-adi varlığa çevrilə bilən uzaylı irqidir. İslam alimlərinin ifrit dediyi varlıqlar olduğu iddia edilir. Bu irqlə bağlı irəliyə sürülən elmə dayalı olmayan fərziyələr sayəsində bəzi fərziyyə müəllifləri (David İçke) və tərəfdarları həm bu irqin kimliyini həm də dünyada insanların yaradılışını izah etməyə çalışırlar.

İddiaya görə bu irqin yaşadıqları gəzəgən hansısa bir səbəbdən məhv olmuş və bu irq özlərinin gəmilərinə minərək məhv olmaqda olan gəzəgənlərindən ayrılmışlar (digər buna bənzər fərziyyə Nibiru (Niburu və ya Marduk) yazısında verilmişdir). Müvəqqəti olaraq yer kürəsində düşərgə salmışlar. Onların yaşamlarında xüsusi yer tutan qızıl əldə etmək üçün yerdə axtarışlar aparmışlar. Daha sonra bu qızıl mədənlərində işləmək üçün öz dnt-lərindən istifadə edərək gen mühəndisliyi ilə yeni canlılar-insanları yaratmışlar. Kifayət qədər qızıl və yanacaq ehtiyatı götürdükdən sonra yer üzündən ayrılmışlar. 

Daha sonra 40 yaxın reptilianlar geri dönmuşlər. Geri dönənlər indi Şumerlər ölkəsi adlandırılan ikiçay arasına gəlmişlər. Bunları görən insanlar göydən gəldikləri üçün onları tanrı olaraq qəbul etmişlər. Və bunlara anunnakilər demişlər. Həmin zamandan bunlar İnsan cilidinə girərək insasnlar arasına qarışmışlar. Bu gün də dünyanı yönətən bir çox insanların əslində bunlar olduğu qeyd edilməkdədir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 1128 Bölmə: Uzaylılar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?