Arama
Aqarta yeraltı ölkə

Adı: Aqarta yeraltı ölkə.


Haqqında digər bilgi:

Aqarta, əsasən dağların altında olan mağaralardan, ümumilkdə isə yerin altında tikilmiş çox saylı tunellərdən ibarət olan ölkə ya da yaşayış məntəqəsi. Aqartalılar anlayışı iddia olunan bu ölkədə yaşayan adamlarada şamil edilməkdədir. Aqarta ölkəsi ilə bağlantılı olduğu hesab olunan çox saylı tunellərin Avropa, Amerika, Afrikada var olduğu bilinməkdədir. Təkçə Türkiyədə Nevşəhir şəhəri yaxınlığında 40-a qədər belə tunellər mövcuddur.

Aqarta haqqında bilgilərə rus rəssamı Nikolay Rerixin 1935-ci ildə yazdığı (The Guardians) göstəricilər adlı yazısında, alman-rus yazıçısı Ferdinand Ossendovskinin Aqartanın qapıları kitabında və fransız yazıçısı Rene Genonun yazılarında rast gəlinir. Bilgilərdə ağ hündür insanların varlığından, onların şəhərlərə gələrək altun (qızıl) verib alış-veriş etdiklərindən, onların yerin altında yaşadıqlarından, mağara və tunellərdə bilinməyən bir işıqdan istifadə edərək bitgi yetişdirdiklərindən söz açılmaqdadır.

Yerin altında bir ölkə qurmuş bu aqartalılar iddiaya görə yerin üstündə yaşayan adamlardan daha inkişaf etmiş texnologiyaya malikdir. Hətta bəzilərinə görə üçan boşaq uzaydan gələnlərin deyil məhz aqartalıların texnikasıdır. Rerixin iddiasına görə o və heyətindəki adamlar 1926-cı ildə Qarakurum dağları üstündə parlaq disq görmüşlər. Sonra bu oval arac qəfilətən gözdən itmişdir. Aqarta ilə bağlı Hitler hökümətinində araşdırmalar apardığı iddia edilməkdədir.

Aqartalıları Mu qitəsindən köçüb gələnlərlə ilişgiləndirənlər də vardı. Mənbələr Aqartalıları çox hümanist, yardım sevər və yaxşı varlıqlar kimi təqdim edirlər. Aqartanı mövzu seçən bir çox flimlər çəkilmişdir.

Aqarta ölkəsi ilə eyni və ya fərqli olduğu tartışılan daha bir Şambala (Şamballa) ölkəsi haqqında qaynaqlarda bilgilər keçməkdədir.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?