Arama
Mu qitəsi

Adı: Mu qitəsi.

Yerləşdiyi yer: Sakit okeanı, Avstriya qitəsindən quzeydə.

Sahəsi: 35 milyon km kvadratı.

Əhalisinin sayı: 64 milyon nəfər.

Doğruluğu: Haqqında olan bilginin və mövcud olmasınln doğruluğu tam olaraq isbat edilməmişdir.


Haqqında digər bilgi:

Mu qitəsi, yayğın olan söylənişə görə 14 min il əvvəl mövcud olmuş və bilinməyən bir nədənlə suyun altına gömülmüş qitədir.

Mu qitəsi haqqında ilk yazını qələmə alan 19-cu əsirdə yaşamış İngilis araştırmaçısı və səyyahı Avqustos Le Plongeon (Augustus Le Plongeon) olduğu iddia edilməkdədir. Bundan sonra İngilis əsgəri, mədənçisi, araştırmaçısı və tarixçisi Ceyms Çarçvard (James Churchward) qeyib qitə: Mu kitabını yazaraq bu sahədə daha geniş araştırma ortaya qoymuş və kitabında Mu qitəsinin xəritəsini vermişdir. Ceyms hindistanda hərbi vəzifəni yerinə yetirdiyi illərdə bir hindli rahiblə tanış olduğunu, onun vasitəsi ilə ölmüş Naga-Maya dilini öyrəndiyini və həmin dildə yazılmış olan mətinləri oxuduğunu, Mu ölkəsi haqqında burdan bilgi topladığını yazmışdır. Bu araştırmaçılardan başqa Ceyms Bramvell (James Bramwell) və Uilyam Skot-Eliot (William Scott-Elliott) də Mu qitəsinin var olması haqqında fərziyyə irəli sürmüşlər.

Soylənişə görə Mu qitəsi Amerika və Asiya qitələri arasında, Avstraliya qitəsinin quzeyində, Sakit okean da yerləşib. Avstraliya qitəsindən qat qat böyük olan Mu qitəsinin m. ö.12 mininci illərində suya batdığı fərz edilməkdədir.

Araştırmaçıların iddialarına görə Mu qitəsində tək Allahlı din hakkm olmuşdur. Burda hakim olan din sonradan Atlanta qitəsində anadan olmuş Osiris adlı şəxs tərəfindən Atlanta qitəsinə daşınmış və bu qitədə də yayılmışdır. Mu qitəsində yaşayan budunun adı isə araştımaçı Ceymsə görə Naacal olmuş və bunu öz kitabında qeyd etmişdir.

Mu qitəsinin varlığı ilə bağlı ən önəmli qaynaq Meksikada yerləşən Palenk məbədinin divarında olan daş kitabədir. Həmin daş kitabədə 6-cı kaan ili, zak ayı, 2-c maluk günü böyük yer sarsıntısı başladı. Sarsıntı 13 şuenə qədər davam etdi. Mu qitəsi iki kərə qalxdıqdan sonra çökdü. Üstünü sular aldı. Torpaq bir neçə dəfə qalxdı oturdu. Fəlakətdə 64 milyon adam həlak oldu yazılmışdır.

Digər qaynaqlardan biri isə Çində tapılan və karbon analizinə görə yaşı 14 min il olan daş kitabədir. Orda qitəmiz batdı. Biz də bura qaçdıq yazılıb.

Mu qitəsi ilə bağlı bir çox dövlətlərdə olduğu kimi Mustafa Kamal Paşanın təşəbbüsü ilə Türkiyədə də araştırmalar aparılmışdır. Hətta Türklərin başlanğıcını Mu qitəsindən götürdükləri də bu araşdırmalar nəticəsində ortaya çıxan fərziyyələrdən biridir. Araşdırmaya dayanaraq Türklər Mu qitəsi batdığı zaman ordan Ötükənə gəlmişlər və burdanda dünyaya yayılmışlar mahiyyətində iddia irəli sürülmüşdür. Bu cür elmi araşdırmalara baxmayaraq bir çox araşdırmaçılar Mu qitəsi haqqında olan söylənişlərin elmi əsası olmadığını və əfsanə olduğunu iddia etməkdədilər. Lakin, həm Nuh tufanında, həm də Mu qitəsinin məhv olmasında tufanın iştirakı onu deməyə əsas verir ki, dünyada nə zamansa böyük tufan olmuşdur.

Mu qitəsi
Mu qitəsinin xəritəsi.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?