Arama
Şambala ölkəsi

Adı: Şambala ölkəsi.


Haqqında digər bilgi:

Şambala ölkəsi, iddialara görə Türküstanda (Orta Asiya) yerləşən gizəmli ölkədir. Çinli doktor Lao-Tsin Türklərin ölkəsinə (Orta Asiya) etdiyi gəzintidən döndükdən sonra 1920-ci ildə Şanqay qəzetində bir məqalə çap etdirmişdir. Məqalədə çinli doktor tamam fərqli bir ölkəyə gedib düşdüklərini, ancaq onlar icazə vermədiyi üçün hər şeyi yaza bilməyəcəyini iddia edirdi. Çinli Lao-Tsin kimi Ksoma dö Köros da Şambala ölkəsini Sırdərya çayının sahilində, 45 ilə 50-ci quzey paralellərinin arasında olduğunu iddia etmişdir. Belçikada 17-ci yüz ildə çap edilmiş xəritədə təxminən eyni ərazidə Şambala ölkəsi göstərilmişdir.

Bunlardan başqa P. S. Kasella, N. M. Prjevalsky, A. H. Franke, Andrev Tomas və başqalarıda Şambala ölkəsi haqqında iddialar irəli sürmüşlər. Rusiya Coğrafiya Dərnəyinin dərgisində yayımlanmış Korolenkonun 1903-cü ildə yazdığı "Ural Kazaqlarının Belovodye (ağ su) krallığına getməkləri" adlı məqalədə və Batı Sibir Coğrafiya Dərnəyinin dərgisində yayımlanmış Belosliudovun 1916-cı ildə yazdığı "Belovodye tarixi" adlı məqalədə hər iki müəllif "Belovodye" - ağ sular və ya "Beloqorye" ağ dağlar ölkəsindən söz açmaqdadılar. Bəzi müəlliflər isə Şamballa ölkəsinin ağ ada üzərində qurulduğunu əsas götürərək "Belovodye" - ağ sular və ya "Beloqorye" ağ dağlar ölkəsi ilə Şambala ölkəsinin eyni olduğunu irəli sürmüşlər.

Şambala ölkəsi ilə Aqarta ölkəsi arasında bənzərlik olduğunu və ya eyni olduqlarını düşünənlərlə yanaşı hər ikisinin bir - birindən fərqli olduqlarını iddia edənlərdə vardır. Ancaq Şambalanın yeraltı şəhər olması haqqında bir bilgi yoxdu.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?