Arama
Xlorator qurğusu

Xlorator qurğusu içməli və tullantı suyunun zərərsizləşdirilməsi və dezinfeksiyası məqsədi ilə işlədilən qurğudur. Qurğu, suyun sərfindən asılı olaraq, əvvəlcədən müəyyən edilmiş qədərdə (dozada) və müəyyən dövrlərlə su xəttinə, zərərsizləşdirmə işində istifadə olunan kimyəvi birləşmə məhlulunu ötürür.

Xlorator qurğusu içməli su anbarının həm girişində, həm də çıxışında quraşdırıla bilər. Girişində aparılan zərərsizləşdirmə işinə ilkin xlorlama, çıxışında aparılan zərərsizləşdirmə işinə isə son xlorlama deyilir. Tullantı sularının zərərsizləşdirilməsində isə ən son mərhələ kimi istifadə olunur.

Xlorator qurğusuna kimyəvi birləşmə məhlulunun tökülməsi üçün çən, məhlul dozalayıcı pompa, avtomatik analiz edən cihaz, tənzimləyici beyin və kiçik diametrli mayeötürücü xətlər daxildir.

Xlorator qurğusunun iş prinsipi gənəl olaraq bu şəkildədir: Çən lazım olan qədər kimyəvi birləşmə məhlulunun saxlanılmasında istifadə olunur. Dozalayıcı pompa məhlulu mayeötürücü xətt vasitəsi ilə çəndən götürərək su xəttinə vurur. Dozalayıcı pompa, avtomatik və əllə idarəedilmə rejimində çalışır. Əllə idarəetmə rejimində, pompanı söndürülmədiyi və ya rejimin dəyişdirilmədiyi müddətcə müəyyən edilən dozada məhlulu xəttə vurur. Avtomatik rejimdə isə pompa avtomatik analiz edən cihazla əlaqəli işləyir. Avtomatik analiz edən cihaz, (quraşdırma yerindən asılı olaraq) ya su saxlancının (anbarının) içindən, ya da çıxış xəttindən mayeötürücü xətt vasitəsi ilə avtomatik olaraq müəyyən dövürdən bir su nümunəsi götürü. Götürdüyü suyu analiz edir. Suyun tərkibində qalıq xlorun miqdarı normadan (0.3-0.5 mq/l) az olduqda bu bilgini tənzimləyici beyinə ötürür. Tənzimləyici beyin, qalıq xlorun miqdarının az olduğuna görə dozalayıcı pompanı çalışdırır. Dozalayıcı pompa çalışır. Avtomatik analiz edən cihaz götürdüyü su nümunəsini analiz edən zaman müəyyən etsə ki, suyun tərkibində qalıq xlorun miqdarı normadadır o zaman bu bilgini tənzimləyici beyinə ötürür. Tənzimləyici beyin dozalayıcı pompanı dayandırır.

Dozalayıcı pompa seçilən zaman suyun sərfiyyatı, boru xəttində hidravlik təzyiq nəzərə alınmalıdır. Lazım olan dozalayıcı pompa sayından bir ədəd artıq götürülür. Bu ehtiyyat pompa olur.

Xlorator qurğusunda əsasən natrium hipoxlorit (NaClO) və ya kalsium hipoxlorit (Ca(ClO)2) kimyəvi birləşmə məhlullarından istifadə olunur. Bəzən isə maye əvəzinə sıxılmış xlor qazından da (Cl2) istifadə olunur. Bu zaman maye çəni yerıni xlor qazı balonu quraşdırılır.

Maye çəninə maye əllə doldurulur. Bəzi xlorator qurğularında isə çəni natrium hipoxlorit (NaClO) ilə təmin etmək üçün elektroliz cihazından da istifadə olunur. Elektroliz cihazına duz əlavə olunur və elektroliz (elektik enerjisi hesabına parçalama) hadisəsi nəticəsində natrium hipoxlorit (NaClO) əldə olunur. Əldə olunan maye xüsusi nasos vasitəsi ilə maye çəninə vurulur. Proses yuxarıda göstərildiyi kimi davam edir.

***
Yazının hazırlanmasına Eko-Lab və Layuhə MMC dəstək vermişdir.


Eko-Lab və Layihə MMC xlorator qurğularının quraşdırılması, su anbarlarının yuyulması və dezinfeksiya xidməti göstərir.
Telefon: +994502406099.
Sayt: ekolabıayihe.com
***

Xlorator qurğusu
Xlorator qurğusunun iş prinsipinin pirinsipial cizgisi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 816 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?