Arama
Su anbarları

Su anbarları müxtəlif təsərrüfat məqsədi ilə inşa olunan su saxlanclarıdır. Su anbarları həcm, dərinlik, daxili səthin sahəsi kimi parametrlərə görə sinifləşdirilir və ya xarakterizə olunur. Şəkilinə görə su anbarları göl şəkilli və hovuz şəkilli olurlar. Adətən çox böyük, suvarma sularını toplamaq və enerji istehsal etmək üçün inşa olunan su anbarları göl şəkilində inşa olunur. İçməli su anbarları isə adətən hovuz şəkilində tikilir. Su anbarları üstü açıq və tam bağlı şəkildə olur.

Suvarma üçün suyunun və ya ehtiyyat suyun toplanması, elektik enerjisi istehsal etmək üçün hidravlik təzyiq və potensial enerji əmələ gətirmək, içməli su şəbəkəsini su ilə təmin etmək, ehtiyyat su toplamaq, boru xətlərində və başqa yerlərdə olan hidravliki təzyiqi söndürmək, şəbəkədə olan hidravliki təzyiqi tənzimləmək məqsədləri ilə su anbarları inşa olunur.

Su anbarlarını tikməmişdən öncə əgər suvarma üçün nəzərdə tutulursa ərazinin suvarma suyuna təlabatı, əgər içməli su şəbəkəsini su ilə təmin etmək üçün nəzərdə tutulursa əhali sayına uyğun su tələbatı, enerji istehsalı üçün enerji həcmi (KW), hidravlik təzyiqi söndürmək üçün suyun sərfi və təzyiqi kimi göstəricilər nəzərə alınmalı və layihə işləri bu göstəricilər əsasında aparılmalıdır.

Su anbarları əgər içməli su üçün nəzərdə tutulmuşsa o zaman suyun fiziki tərkibindən asılı olaraq ən azı ildə birdəfə olmaqla mexaniki yuyulmalı, suyun kimyəvi-bioloji tərkibindən asılı olaraq ən azı altı aydan bir dəfədən gec olmamaqla dezinfeksiya olunmalıdır. Əgər su anbarı suvarma suyunu toplamaq üçün nəzərdə tutulmuşsa o zaman mütəmadi olaraq lilsoran avadanlılar və ya lilsoran gəmilər vasitəsi ilə su anbarının səthinə çökmüş lillər sovrularaq kənarlaşdırılır.

Göl şəkilli su anbarları üçün anbarın ölçülərindən asılı olaraq dəyişən diametr və həndəsi şəkildə giriş xətləri, çıxış xətləri, ölü su həcmi, faydalı su həcmi kimi köməkçi hissələr müəyyən edilmişdir. Hovuz şəkilli su anbarları giriş xətləri, çıxış xətləri, təxliyyə xətləri, baypas xətləri kimi köməkçi hissələrdən ibarətdir. İçməli su anbarlarına daxil olan su giriş xətti vasitəsi ilə ya da anbarın içində ki, su çıxış xətləri vasitəsi ilə xlorator qurğusundan istifadə edərək zərərsizləşdirilir.

Su anbarları
Göl şəkilli su anbarı.
Su anbarları
Hovuz şəkilli və üstü bağlı su anbarı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1595 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?