Arama
Ümmət (söz)

Söz: Ümmət

Söz anlamı: Peyğəmbər göndərilmiş topluluq, qövüm, hər qəbilədən bir dəstə adam, uyulması gərəkli olan başçı, din, inanc düzəni, yol.

Dil kökəni (mənşəyi): Ərəb dili

Ərəb əlifbası ilə və dilində yazılışı: .أمة

Söz kökəni (mənşəyi): Emm

Söz kökənin anlamı: Yönətmək, önə keçmək, başçı olmaq.


Haqqında digər bilgi:

Ümmət Ərəb dilində yönətmək, önə keçmək, başçı olmaq anlamında olan emm kökündən törəyən və Peyğəmbər göndərilmiş topluluq, qövüm, hər qəbilədən bir dəstə adam, uyulması gərəkli olan başçı anlamında sözdür. İnsan topluluqları ilə yanaşı heyvan və cin topluluqlarından da bənzər inanca və həyat tərzinə sahib yaradılmışları dəstəsinədə ümmət deyilmişdir.

Ümmət sözü digər tərəfdən də İslam dininə aid dini sözlük (dini termin) kimidə qəbul edilməkdədir. Qurani-Kərimdə altmış dörd yerdə ümmək kəlməsi keçməkdədir. Bəzi ayətlərdə ümmət sözü din, inanc düzəni, yol anlamlarında işlənmişdir. Ayətlərdə təkcə topluluq deyil bir nəfərin belə ümmət ola biləcəyi vurğulanmışdır. Nahl surəsində keçən İbrahim gerçəkdən Allaha itaət eden, tövhid əhli, başlı başına bir ümmətdir ayəsində görsəndiyi kimi İbrahim peyğəmbər bir nəfərdən ibarət ümmət olaraq təsvir edilmişdir.

Hud və Yusif surələrində isə ümmət sözü zaman, müddət və devir anlamında ifadə edilməkdədir.

Qurani-Kərimdə keçən mutedil ümmətən xeyirli ümmət ifadələri isə hz. Peyğəmbər s.a.s. ümmətinə işarə etməkdədir.

Ümmət kəlməsinin ən çox işləndiyi digər mənbə isə hz. Peyğəmbər s.a.s. hədisləridir. Ümmət kəlməsi hədislərdə də yuxarıdakı anlamlarda keçməkdədir

Ümmət (söz)
Ümmət sözü ilə ilgili bir ayət.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1572 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?