Arama
Qurani-Kərim (Quran)

Adı: Qurani-Kərim (Quran).

Digər adı: Qurani-Şərif, El-Quran.

Bağlılığı: İslam dini.

Vəhiy olanan elçi: Hz. Məhəmməd (s.a.s).

Enmə müddəti: 23 il.

Enərkən yazılan dil: Ərəb dili.


Surə: 114 surə.

Surə sözünün anlamı: Yüksək dərəcə, şərəf, gözəl bina.

İlk enən surə: Fatiha (Elmalılı, I, 7; VIII, 5943-5944), Müddessir, Alaq, Qələm ve Müzzemmil surələri (Süyûtî, el-İtḳān, I, 76-83). Mədinədə enən ilk surə Bəqərə surəsidir.

Son enən surə: Nasr (Müslim, Tefsir, 21) və ya Tövbə surəsi (Zerkeşî, I, 298-300; Süyûtî, el-İtkān, I, 87-91).

Kitabda ilk surə: Fatiha surəsi.

Kitabda son surə: Nas surəsi.

Ən uzun surə: Bəqərə surəsi (286 ayə).

Ən qısa surə: Kövsər surəsi (3 ayə).

Namaz surələri: Qurani kərimdə son 10 ayə.


Ayət: 6236 ayət (bəzi alimlər bir bəzi ayətləri iki və daha çox yerə ayıraraq hər birin müstəqil ayət kimi qəbul etdikləri üçün ayət sayını 6666 olaraq qəbul edərlər.

İlk enən ayət: Alaq surəsinin ilk beş ayəti.

Son enən ayət: Tartışmalı.

Ayət sözünün anlamı: Açıq əlamət, ibrət, dəlil, işarə, nişan.


Haqqında digər bilgi:

Qurani-Kərim (Quran, Qurani-Şərif, El-Quran), Allahın elçisi Məhəmməd (s.a.s)-ə Allah tərəfindən vəhiy mələyi Cəbrail vasitəsi ilə endirilmiş Allah kəlamları toplusudur. Özündə əmrləri, qadağaları, tövsüyyələri, vədləri cəmləşdirən Allahın kitabı İslam dinin və müsəlmanların müqəddəs kitabıdır. Qurani-Kərim təhrif oluna, dəyişdirilə bilməz.

İmam Şafi və bir sıra alimlərin fikirincə “Quran” sözünün heç bir sözdən törəməmiş, Allah öz kitabına “El-Quran” (القرآن) adını qoymuşdur. Ebü’l-Hasan el-Eş‘ari və bu kimi alimlər Quran sözünün karn sözündən törədiyini “bir şeyi digər şeyə yaxınlaşdırmaq, qatmaq” anlamını verdiyini irəli sürmüşlər. Abdullah bin Abbas və bu kimi alimlər isə (çağdaşlardan Məhəmməd Tahir bin Aşur) Quran sözünün “kara’e” (قرأ) feilindən törədiyi, feilin məstərində “oxumaq”, “toplamaq”, “bəyan etmək, açıqlamaq” anlamlarına gəldiyi qənaətindədilər.

Qurani-Kərim surə adı verilən bölmələrdən, hər bölməni təşkil edən və ayə adlanan cümlələrdən ibarətdir. Surə sözü tullanmaq,sıçramaq, divara dırmaşmaq mənalarını daşıyan sevre sözündən törəmiş yüksək dərəcə, şərəf, gözəl bina mənalarını verməkdədir. Ayət sözü Qurani-Kərimdə 382 dəfə işlənmişdir. Ərəbçə aya sözündən törədiyi ehtimal olunur. Anlamı açıq əlamət, ibrət, dəlil, işarə, nişan deməkdir.

Qurani-Kərim hissə-hissə enmiş və Allahın elçisinin gözətimində yazıya alınmışdır. Bu yazıya alanlara vəhiy katibləri adlanır. Bəzi qaynaqlarda (Cehşiyari) vəhiy katiblərinin sayının on dörd, bəzi qaynaqlarda (Mustafa el-A‘zami) altmış beş, bəzilərində (Bakıllani, Zencani) isə qırx üç kimi göstərilmişdir. Vəhiy katibləri olaraq Hz. Ali, Hz. Osman, Zeyd bin Sabit, Übey bin Ka‘b, Abdullah bin. Sa‘d bin. Ebu Serh göstərilməkdədir (Belazüri, I, 622; Taberi, Tariḫ, VI, 179; İbn Abdürabbih, IV, 161). Fərqli qaynaqlarda Muaviye bin Ebu Süfyan, Halid bin Said bin As, Eban bin Said, Ala bin Hadrami, Hanzale bin Rebi kimi səhabələrində vəhiy katibi olduqları qeyd olunmuşdur. Təbəri hz. Ali və hz. Osmanın, İbn Abdülber Übey bin Ka‘bın, Mustafa el-A‘zami Halid bin Said bin Asın, İbn Hacer Abdullah bin Sa‘d bin Ebu Serhin ilk vəhiy katibləri olduqlarını qeyd etmişlər.

Qurani-Kərimin özü isə Hz. Ebu Bəkirin xəlifəliyi dönəmində Hz. Ömərin təklifi ilə vəhiy katiblərinin yazdıqları toplanaraq kitab (mushaf) şəkilinə salınmışdır. Hz. Ebu Bəkir bu iş üçün Zeyd bin Sabitin başçılığı ilə bir heyət qurmuş və bu heyəti görəvləndirmişdir. Zeyd bin Sabit və heyət hər bir ayənin doğruluğunu, yazılı mətinləri müqayisə edərək, belə ayənin həqiqətəndə endiyini 2 və daha çox şahidin iştirakı ilə təsdiq edərək qeydə almışdır. Peyğəmbər (s.a.s)-m Huzeyme bin Sabit el-Ensarini iki şahidə əvəz tutduğu üçün yalnız Tövbə surəsinin son iki ayəsi ilə Ahzab surəsinin 23-cü ayəsini Huzeyme bin Sabit el-Ensarinin tək şahidliyi ilə kitaba yazmışlar. Bütün ayələr toplanaraq tərtib edilmiş Qurani-Kərimin nə məzmununa, nə tərtibinə kimsə etiraz etməmiş, başda Hz. Ali olmaqla səhabələr bunu təqdir etmişdir. Digər qaynaqlara görə hələ hz. Ebu Bəkirin göstərişi ilə bu iş başlamamış Peyğəmbər (s.a.s) vəfatından sonra hz. Ali tək başına Qurani-Kərimin ayələrin toplamış və tərtib işi ilə məşğul olmuşdur. Çox güman ki, Zeyd bin Sabitin başçılığı ilə bu iş başladığı zaman hz. Ali əlidə olan bilgiləri bunlara təqdim etmişdir.

Daha sonra hz. Ebu Bəkir dönəmində tərtib edilmiş Qurani-Kərim kitabı hz. Osmanın göstərişi ilə çoxaldılmağa başlanmışdır. Bu iş üçün başçısı Zeyd bin Sabit olan və üzvləri Abdullah bin Zübeyr, Said bin As və Abdurrahman bin Haris bin Hişamdan ibarət köməkçilərlə birlikdə on iki nəfərdən oluşan heyət görəvləndirildi. Hafsa xanımda olan kitab götürülərək surəti çoxaldılmış və biri Mədinədə qalmaqla xilafətin vilayət mərkəzlərinə bir nüxsə göndərilmişdir.

Qurani-Kərim (Quran)
Ceyran dərisi üzərinə küfi xətti ilə yazılmış Quran səhifəsi.
Qurani-Kərim (Quran)
Dünyada ən qədim Qurani-Kərim nüxsəsi (Özbək Eli, Daşkənd).
Yazar: Şükür Məhişoğlu Oxunma: 532 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?