Arama
Kral İdris

İdris Es-Senusi (1890-1983) 12 mart 1890-cı ildə Liviyada, Çağbubda doğuldu. Babası Şeyh Məhəmməd bin Ali Es-Senusi, atası isə Mehti Es-Senusidir. Liviyanın ilk və tək kralı.

İdris Es-Senusi öyrənməyi Çağbubdakı Senusi şeyxlərinin yanında tamamladı. 1911-ci ildə başlayan Trablusqarp savaşı sırasında Ənvər paşa, Fəthi paşa və Mustafa Kamal paşa ilə əməkdaşlıq etsədə savaşçıl olmayan təbiyyətinə görə heç vaxt cəbhədə olmadı.

İdris Es-Senusi Türk dövlətinin yardımı ilə 1914-cü ildə Məkkəyə hac ibadətinə getdi. İdris Es-Senusi 1915-ci ildə Türk dövləti tərəfindən Məcidiyyə nişanı, birinci dərəcədə Osmanlı nişanı, Rütbei-bala və bəylərbəyi adı ilə təltif edildi.

Atası 1902-ci ildə vəfat etdikdən sonra 12 yaşında olduğu üçün təriqət şeyxliyi məqamına əmisi oğlu Əhməd Şərif Es-Senusi keçdi. Daha sonralar birinci dünya savaşı sırasında 1917-ci ildə Əhməd Şərif Es-Senusi İstanbula gətirildikdən sonra təriqət şeyxliyi məqamına oturdu. Senusilərin başına keçdikdən sonra İtaliyaya qarşı savaşın şiddətini azaltdı. Misiri əlində tutan İngilislərin arabuluculuğu ilə İtaliyalılarla bir sülh andlaşması bağlamaq arayışında bulundu.

İdris Es-Senusi 1920-ci ilin oktyabr ayının 25-də Er-Rəcimə və 1921-ci ilin noyabr ayının 11-də Ebu Məryəm andlaşmalarını imzaladı. Bu andlaşmaya əsasən Şeyx İdris və Senusi ailəsinin digər irəli gələnləri İtaliyalılardan maaş alacaqlar. Bunun qarşılığında Şeyx İdris İtaliya sömürgə qanunlarının uyğulanmasına yardım edəcək və savaşan bütün Senusilər sılahı buraxacaqlar. Mərkəzi Ecdabiyə olan Cağbub muxtar əmirlik elan edildi. Şeyx İdris bu bölgənin əmiri oldu.

Lakin, Şeyx İdrisin ətrafında olan vətənsevərlərin basqısı ilə Şeyx İdris sömürgə qanunlarını tam uyğulaya bilmədi. Buna görə savaş yenidən başladı. Savaşın yenidən başlaması üzrə Şeyx idris və bəzi qəbilə rəisləri müalicə olunmaq bəhanəsi ilə Misirə getdi. Şeyx İdris qardaşı Məhəmməd Rzanı yerinə vəkil təyin etdi. İkinci dəfə başlayan savaş Ömər Muxtarın rəhbərliyi ilə 1931-ci ilə qədər davam etdi.

İtaliyanın Trablusqarpa təyin etdiyi sömürgə valisi 1923-cü ildə Şeyx İdrislə imzalanmış bütün andlaşmaları ləvğ etdi. Bundan 8 il sonra isə İtaliyanlılara qarşı mücadilə aparan Ömər Muxtar 11 iyul 1931-ci ildə savaşda yaralanaraq əsir düşməsi ilə istiqlal savaşı sona yetdi.

Şeyx İdris isə Misirdə İngilislərlə iş birliyinə girdi. İlk olaraq Ərəb-İngilis Birlikləri adlı silahlı birliklər təşkil edilməsində rol oynadı. Qurulmuş bu silahlı birliklər ikinci dünya savaşında isə İngilislərin Binqaziyə hücumu zamanı Liviya Ərəb (Silahlı) Qüvvətləri adı ilə bu hücumda yer aldı. İkinci dünya savaşının sonuclarına görə İtaliya Liviyadan çəkildi və onların yerini İngilislər aldı. Şeyx İdris isə İngilizlərin onayı ilə 1943-cü ildə Misirdən Liviyaya gəldi. Liviyada 1943-cü ildən qurulmaüa başlayan partiyalar 1948-ci ildə Şeyx İdrisi dəstəklədilər. Trablusqarp yığışan ilk Milli məclis 1950-ci il noyabr ayının 25-də Trablusqarp, Binqazi və Fizan bölgələrindən ibarət Liviya Federal Dövlətini və Şeyx İdrisin krallığını elan etdilər. İlk anayasa qəbul edildi, İslam dini rəsmi din elan edildi və Kral İdrisin qardaşı Məhəmməd Rza vəlihət təyin edildi. 21 dekabr 1951-ci ildə Liviya Krallığının müstəqilliyi elan edildi.

Kral İdris 1930-1940-cı illərdə iqtidarda olan ilk hökümətdə bir çox Türklərə görəv vermişdi. Vaxtı ilə Hakkari və Bingöl valisi olmuş Sadullah Koroğlunu İç işləri, Milli Öyrətmə bakanı və başbakan, Umran Yetişalıyı ordu komutanı, General Hıfzı Betində daxil olmaqla bir çox Liviyalı zabitləri Liviya ordusunda zabit, Türkiyə Dış İşləri mətbuat və hüquq müşaviri Abdullah Busayriyi Trablusqarp valisi təyin etdi. Kral İdris ilk səfərini Türkiyə cümhuriyyətinə etdi. Liviya höküməti isə Trablusqarp küçələrinin ən böyüklərinə Türkiyə, Fateh, Mustafa Kamal, İstanbul və Ankara adlarını verdi.

Kral İdris 1964-cü ilin 2 iyulunda Liviya dövlətini unitar dövlət elan etdi. Bundan sonra Rusların tətikləməsi ilə Bassçıların (Milli Sosialist Ərəb Partiyası) və işçi-fəhlə partiyaların (Həmkarlar İttifaqə) rəhbərliyi ilə 62, 64 və 67-ci illərdə baş verən üsyanlar yatırılsada, 1 iyul 1969-cu ildə Azad zabitlər (ed-Dubbatül-ahrar) hərakatı adı altında 62 zabit Muammər Qaddafinin başçılığı ilə çevriliş edərək hakimiyyətə əl qoydular.

Bundan sonra Kral İdris Misirə getdi və 25 may 1983-cü il tarixdə Misirdə vəfat etdi. Vaxtı ilə Əhməd Es-Senusi və Ömər Əl-Muxtar İdrisin yaxşı adam olduğunu ancaq savaşa bilməyəcək qədər qorxaq olduğunu bildirmişlər.

Yazının hazırlanmasında https://www.fikriyat.com/galeri/biyografi/libyanin-ilk-ve-tek-krali-idris-es-senusi/ yazısından istifadə edilmişdir.

Kral İdris
Kral İdris
Kral İdris
Kral İdris Türkiyə səfərində.
Yazar: Şükür Məhişoğlu Oxunma: 457 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?