Arama
Qazi Mustafa Kamal Paşa (Atatürk)

Adı: Mustafa Kamal.

Soyadı: Atatürk.

Ünləndiyi adı (taxma adı, ləqəbi): Atatürk.

Atası: Əli Rza Əfəndi (təxmini, hələ tartışma mövzusudu).

Anası: Zibeydə Xanım (təxmini, hələ tartışma mövzusudu).

Xanımı: Lətifə Uşşaqi.

Budunu (milliyyəti): Türk.

Dini: İslam (sonralar dini qəbul etməməsi haqqında bilgi var).


Doğum tarixi: 19 may 1881-ci il.

Doğum yeri: Selanik.

Ölüm tarixi: 10 noyabr 1938-ci il.

Ölüm yeri: İstanbul.


Təhsili: Türkiyə Quru Qoşunları məktəbi (1902-1905-ci illər).

İşi: Savaşçı, içtimai xadim, siyasətçi, dövlət adamı.

Üsləndiyi görəvlər: Türk kakanlıqında (Osmanlı) müxtəlif ordu vəzifələri, Kakanın (sultanın) şəxsi köməkçisi, müfəttiş, Böyük Millət Məclisinin sədri, Türkiyə cümhuriyyətinin başçısı (cumhurbaşkanı, prezidenti) (1923-1938-ci illər).


Haqqında digər bilgi:

Atatürk, Qazi Mustafa Kamal (1881-1938) Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi olmuşdur. 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik etmişdir. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir.

M.Kamal Birinci Dünya müharibəsi zamanı Çanaqqala müdafiəsində şücaət görsədərək general rütbəsi və paşa titulu almışdır. Antanta orduları İstanbulu işğal edəndən və ingilislər “Məclisi-məbusan”ı (Deputatlar palatasını) dağıdandan sonra Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament-Türkiyə Böyük Millət Məclisini qurdu. O, məclisin və təşkil etdiyi hökumətin sədri seçildi və ingilis-yunan müdaxiləçilərinə qarşı milli azadlıq müharibəsinə rəhbərlik etdi. 1922-ci ildə Atatürkün rəhbərliyi ilə Türk ordusu müdaxiləçiləri tamamilə darmadağın etdi.

Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. O, bir sıra islahatlar apararaq ölkənin sürətli inkişafına nail oldu. Bu gün də Türkiyə onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.

Yazar: Bayram Məmmədli Oxunma: 756 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?