Arama
Köçürmə oyunu (Manqala, Qığmərə)

Adı: Köçürmə (Manqala).

Türü: Strateji zəka oyunu.

Yaranma tarixi: 5000 il öncəyə dayanır.

Mənşəyi: Türk milli oyunu.


Haqqında digər bilgi:

Köçürmə (bəzi yerlərdə manqala, qığ mərə və digər adlarla adlanır) oyunu qədim milli Türk zəka oyunudur. Oyun obaları və adamları təmsil etməkdədir. Oyunda daşların rəng fərqi yoxdur. Sadəcə oyunçu tərəfləri fərqi vardır. Oyun masa üzərində oyun taxtası üzərində daşlarla oynanılır. Köçürmə oyunu oynamaq üçün üzərində qarşı qarşıya 6 oymaq olmaqla cəmi 12 oymaq, oymaq cərgələrinin hər iki baş tərəfində bir otaq olmaqla cəmi 2 otaq olan oyun taxtasına və hər oymaqda 4 daş olmaqla 48 daşa ehtiyac vardır.

Oyun başlayan zaman oyunçuların hər birinin tərəfində 6 oymaq və 1 otaq, cəmi 24 daş olur. Bu daşlar su, adam kimi adlarla adlandırılır.

Türküstanda bu oyunun bir qədər genişlənmiş şəkli olan doqquz kumalaq (korqol) oyunu oynanılmaqdadır. Azərbaycanda köçürmə adı ilə yanaşı bu oyun qığ mərə adı ilə də bilinməkdədir. Anadolunun bəzi yerlərində bu oyun qala adı ilə məhşurdur.

Oyun aşağıdakı qayda ilə oynanılır.

Qayda 1. Oyuna başlayan oyuncu öz tərəfində olan oymaqlardan istənilən birindən bütün daşları götürür. Bütün daşlarını götürdüyü oymağa bir daş qoymaqla soldan sağa doğru istiqamətdə - hər oymağa və öz tərəfindəki otağa, əlində daş qalıbsa rəqib oyunçunun tərəfində olan oymaqlarada - hər bir oymağa və öz tərəfindəki otağa bir daş qoymaqla əlindəki daşları paylayır. Əgər yenədə əlində daş qalarsa öz tərəfində birinci oymaqdan başlayaraq əlindəki daşları paylamağa davam edir. Bu zaman rəqib oyuncunun otağına daş qoyulmur.

Qayda 2. Oyuncu əlindəki daşları paylayan zaman əlində qalan sonuncu daşı öz otağına qoyarsa o zaman növbəti dəfə oynamaq haqqına sahib olur.

Qayda 3. Oyunçu daşı paylayan zaman əlində qalan sonuncu daş rəqib tərəfdəki oymaqlardan birinə dəng gələrsə və həmin oymada olan daşların sayını cüt – örnəyin, həmin oymaqda 5 daş olarsa və oyunçu əlindəki sonuncu daşı ora qoyduqdan sonra oymaqdakı daşların sayı 5+1=6 olarsa – edərsə o zaman oyuncu həmin oymaqda olan bütün daşları götürüb öz otağına yığır.

Qayda 4. Oyunçu daşı paylayan zaman əlində qalan sonuncu daş öz tərəfində olan boş – daş olmayan – oymağa dəng gələrsə və həmin oymağın qarşısında olan rəqib tərəfdəki oymağın içində daş olarsa o zaman oyunçu həm öz tərəfində olan oymağa qoyduğu sonuncu daşı, həm də rəqib tərəfdə olan həmin oymağın qarşısındakı oymaqda olan bütün daşları götürüb öz oymağına qoyur.

Qayda 5. İki oyunçudan birinin tərəfində olan 6 oymağın heç birində daş qalmadıqda oyun bitir. Bu zaman digər tərəfdəki 6 oymaqda olan bütün daşları tərəfində daş qalmayan oyuncu götürərək öz otağına qoyur. Otaqdakı daşlar hesablanır. Əgər oyunçulardan biri 24-dən çox daş toplayarsa oyunun qalibi olur.

Digər əlavə bilgi almaq üçün https://mangalafederasyonu.org.tr və ya https://www.mangala.com.tr saytlarından istifadə edə bilərsiniz.

Köçürmə oyunu (Manqala, Qığmərə)
Manqala taxtasının və oyun yönünün cizgisi.
Köçürmə oyunu (Manqala, Qığmərə)
Manqala oyununun taxtası və daşlarının ümumi görnüşü.
Yazar: Şükür Məhişoğlu Oxunma: 500 Bölmə: Oyunlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?