Arama
Gülbaba

Bektaşi dərvişi olan Gülbabanın həyatı haqqında müxtəlif söylənişlər var. Bu söylənişlərə görə Gülbaba indiki Amasyanın Merzifon ilçəsində doğulmuş Gülbabanın soyunun hz. Həsənə bağlanması bilgisidə bu söylənişlərin içərisindədir.

Başındakı sarğıya sürəkli taxdığı gülə görə adına Gülbaba deyildiyi düşünülür. Misali təxəllüsü ilə şeirlər yazan Gülbabanın Miftahül Gayb və Güldəstə adlı əsərləri tapılmışdır.

Gülbaba yetişkənlik yaşına çatdıqdan sonra bir çox səfərlərə qatılmış və 2 iyul 1541-ci ildə Budin səfəri zamanı şəhit düşmüşdür. Türbənin içində bulunan bir lövhədəki yazıya görə isə Fəthiyə camidə camahat namazı qılarkən vəfat etmişdir. Qanuni Sultan Süleyman kakanın və 200 min əsgərinin qatılımı ilə cənazə namazı qılınmışdır. Bu gün Macarıstanın Budapeşt şəhərinin mərkəzində yerləşən öncəki, adı Kabak təpə və ya Mihnet təpəsi olan sonralar Gülbabanın adına görə Gültəpəsi (Macar ləhcəsində Rozsadomb) adlandırılan təpədə dəfnedilmişdir.

Gülbabanın qəbrinin üstündə 1593-1598-ci illərdə Budin bəylərbəyliyi olmuş Məhmət paşanın əmri ilə keçmiş Osmanlı üslubunda, səkkiz tərəfli və muntazam kəsmə daşdan türbə inşa edildi.

Gülbaba
Türbə binası.
Gülbaba
Türbə cəmi, üstən görnüş.
Gülbaba
R. T. Ərdoğanın Macarıstan səfəri zamanı təmirdən sonra türbənin açılışı və turbəni ziyarəti.
Yazar: Şükür Məhişoğlu Oxunma: 403 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?