Arama
Türbə və sərdabə

Söz: Türbə.

Kökəni: Ərəb dili.

Anlamı: Torpaq, məzar.

Ərəbcə yazılışı: تربة.


Söz: Sərdabə.

Kökəni: Fars dili.

Anlamı: Torpaq altında olan yer.

Farsca yazılışı: ﺳﺮﺩﺍﺑﻪ.


Haqqında digər bilgi:

Türbə topağa dəfn edilmiş adamın qəbiri üzərində tikilmiş binadır. Türbə sözü ilə Türk dilində olan Tur/Dur sözünün bir əlaqəsi yoxdur. Türbə sözü, ərəb sözü olan və torpaq anlamını verən türab (ayrıntı üçün baxın: https://www.etimolojiturkce.com/kelime/t%C3%BCrbe) sözündən törəmiş bir sözdür. Torpaq, məzar anlamına gəlməkdədir.

Torpağa basdırılmadan, meyidi saxlamaq üçün yer altında tikilmiş (bəzən bir hissəsi yerin üstündə də olan) otaq sərdabə adlanmaqdadır. Sərdabə sözü də fars kökənli bir sözdür. Anlamı torpaq altında olan yer (ayrıntı üçün baxın: http://www.lugatim.com/s/serdab) deməkdir.

Sərdabənin ortaya çıxışı ölmüş adamın nəşinin daha sonra başqa yerə apara bilmək ehtiyacından, digər qaynağa görə Zərdüşün inancına görə torpağı murdarlamamaq üçün sümükləri toplamaq adətindən qaynaqlanır. İslamdan öncəyə dayanan sərdabə adəti İslam dönəmində (şiyə təriqətində) Kəlbəla və digər yerlərdə dəfn olunmaq arzusu olan adamların nəşini həmin yerlərə aparmaq üçün müvəqqəti saxlamaq məqsədilə tətbiq edilmişdir.

Nə türbə, nə də sərdabə mədəniyyətinin böyük Türk mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Ərəb və fars mədəniyyətinin tərkibidir. Türk mədəniyyətidə və eləcədə İslam dinində nə türbə nə də sərdabə meyd dəfn etmə adəti yoxdur. Türbə və ya sərdabə kurqan mədəniyyətinin davamı deyildir və mahiyyətcə tamam fərqli ən-ənədir.

Türbə ən-ənəsi əsasən quzey-batı ərəbləri və sərdabə ən-ənəsi isə farslar vasitəsi ilə ilk öncə İslam dininə aid edilən bəzi məhzıblərə daxil edilmiş, Türk kaqanlıqında Səlcuqlu soyunun hakimiyyəti dönəmində isə tədricən Türklər içərisində yayqınlaşmışdır. Səlcuqlu iqtidarında farslaşan tək adət dəfin adəti olmayıb, o cümlədən Türklərin qədim bayramı olan Ergenekon bayramıda fars elemetləri ilə dəyişdirilərək novruz bayramı adını almışdır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 2158 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?