Arama
Ağdam (bölgə)

Adı: Ağdam.

Qurluş tarixi: 8 avqust 1930-cu il.

Sahəsi: 1154 km kv.

Əhalisi: 204000 nəfər.

Relyefi: Əsasən düzənlik, qismən dağlıqdır.


Haqqında digər bilgi:

Ağdam - Azərbaycanın inzibati mərkəzi Ağdam şəhəri olan bölgəsi. Ağdam bölgəsi və Ağdam şəhəri 1993-cü ilin iyulun 4-dən etibarən Rus silahlı birləşmələrinin dəstəyi ilə ermənilərin işğal hücumuna məruz qalmış, 23 iyulda Ağdam şəhəri, daha sonrakı günlərdə ərazisinin 70% hissəsi işğal edilmişdir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 20 noyabr 2020-ci il tarixdə Ağdam şəhəri daxil olmaqla bütün Ağdam bölgəsi işğaldan azad edilmişdir.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. İşğal nəticəsində Ağdam şəhəri və kəndləridə daxil olmaqla bütün yaşayış məntəqələri dağıdılmış, tibbi, inzibati və digər təyinatlı binalar, bütün komunal xətlər və s. məhv edilmişdir. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq yetim qaldı.

Ağdam rayon İcra Hakimiyyətinə görə 01 yanvar 2019-cu il tarixə Ağdam rayonun əhalisi 202000 nəfərdir. Ağdam rayonunun əhalisindən 90 min nəfərədək hazırda həmin rayonun ərazisində , o cümlədən 23290 nəfər yeni salınmış qəsəbələrdə yaşayır. Yerdə qalan əhali isə hələ ki, Ağdam şəhəri və kəndlərində yaşayış üçün minimum şərait yaradılana qədər Respublikanın digər şəhər və rayonunda müvəqqəti məskunlaşmağa davam edir. Ağdam rayonu 8 avqust 1930-cu ildə qurulub. Sahəsi 1154 km kv olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Tarixi

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Coğrafiyası

Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış vətəsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə sərhəddində 120-130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və6-7 metrə, 10-15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbütlüyün və məhsuldarlığın artırır.

Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15-16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır.Bu yerlərdə mütləq yüksəklik 600-700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.

Ağdam (bölgə)
İşğaldan sonra ağdam şəhəri.
Ağdam (bölgə)
İşğaldan sonra ağdam şəhəri.
Ağdam (bölgə)
İşğaldan sonra ağdam şəhəri.
Ağdam (bölgə)
İşğaldan sonra ağdam şəhəri.
Ağdam (bölgə)
Ağdamın qeyri-rəsmi təqdim edilən damqası.
Yazar: Bayram Məmmədli Oxunma: 567 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?