Arama
İlham Heydər oğlu Əliyev

Adı: İlham Heydər oğlu Əliyev.

Doğum tarixi: 24 dekabr 1961-ci il.

Doğum yeri: Azərbaycan cümhuriyyəti, Bakı şəhəri.

Babası (Atası): Heydər Əliyev.

Anası: Zərifə Əliyeva.

Xanımı: Mehriban Əliyev.

Övladları: Leyla Əliyeva, Arzu Əliyev, Heydər Əliyev.

Budunu (Milliyyəti): Türk.

Dini: İslam.

Təhsili: 1967-1977-ci illərdə Bakı şəhərində orta təhsil, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu, 1981-ci ildə Marmara Universitetinin İqtisadiyyat və Ticarət Elmləri Fakültəsi.

Fəaliyyəti: Siyasətçi.

Görəvi: Cümhurbaşkanı (31 oktyabr 2003-cü ildən bəri).


Haqqında digər bilgi:

İlham Heydər oğlu Əliyev Azərbaycanın olimpiya hərəkatı xadimi, siyasətçi və dövlət adamı. İlham Əliyev 1961-ci il də Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin oğlu olaraq Bakı şəhərində anadan olmuşdur.

1967-1977-ci illərdə Bakı şəhərində orta təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. 1985-ci ildə tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Türk, İngilis, Fransız və Rus dillərini bilir.

1991-1994-cü illərdə iş adamı olaraq fəaliyyət göstərmişdir. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olmuşdur.

1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Millət vəkilliyi dövründə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri və AŞPA-da müxtəlif vəzifələrdə olmuşdur. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

2003-cü ildə öncə Azərbaycan Republikasının baş naziri olmuş, sonra isə Azərbaycan Republikasının 4-cü Prezidenti seçilmişdir. və hazırda prezident vəzifəsini icra edir.

İlham Əliyev AŞPA-nın, Beynəlxalq Olimpiya Komitəsinin, Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və s. ölkələrin ali mükafatına layiq görülmüşdür. İlham Əliyev Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və s. ölkələrin bəzi aparıcı universitetlərinin fəxri doktoru adını almışdır.

Ətraflı məlumatı üçün prezident.az saytına müraciət edə bilərsiniz.

Yazar: Bayram Məmmədli Oxunma: 426 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?