Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan dövlətinin müdafiəsini təşkil edən və müdafiə siyasətini icra edən rəsmi qurumdur. İlk dəfə Müdafiə nazirliyi Hərb nazirliyi adı ilə 1918-ci ilin oktyabr ayının 23-də yaradılmışdır. Bundan əvvəl isə iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edilmişdir.