Arama
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan dövlətinin müdafiəsini təşkil edən və müdafiə siyasətini icra edən rəsmi qurumdur. İlk dəfə Müdafiə nazirliyi Hərb nazirliyi adı ilə 1918-ci ilin oktyabr ayının 23-də yaradılmışdır. Bundan əvvəl isə iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edilmişdir. Hərb nazirliyinin rəsmən oktyabr ayının 23-də təsis edilməsinə baxmayaraq 1981-ci ilin may ayının 28-dən iyun ayının 11-nə kimi Xosrov bəy Sultanov formal olsada Azərbaycan Cümhuriyyətinin Hərb nazir vəzifəsini icra etmiş ilk şəxs olmuşdur.

Xosrov bəy Sultanovdan sonra isə 1918-ci ilin noyabr ayının 7-dən dekabr ayının 26-na kimi Fətəli xan Xoyski, həmən ilin dekabr ayının 27-dən 1920-ci ilin aprel (Sovet Rusiyası tərəfindən) ayının 28-nə kimi isə Səməd bəy Mehmandarov rəsmi olaraq hərb naziri vəzifəsini icra etmişdir.

İşğaldan sonra isə 1920-ci ilin aprelin 28-dən həmən ilin iyun ayının 5-nə kimi Çingiz İldırım, həmən ilin iyun ayının 5-dən iyun ayının 20-dək Əliheydər Qarayev hərb nazirləri (Xalq hərbi-dəniz işləri komissarı) olmuşdur. Bundan sonra işğalın ilk iki ilində Azərbaycan ordusu formal olaraq mövcud olsada hərb nazirlərinin adı bilinməməkdədir. İşğalın üstündən iki il keçdikdən sonra isə SSRİ ordusu yarandıqdan sonra Azərbaycan ordusu rəsmən ləvğ edilərək 1922-ci ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.

Azərbaycan SSRİ Ali soveti 1991-ci ilin sentyabr ayının 5-də Müdafiə nazirliyinin, oktyabr ayının 9-da isə Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul etdi. İlk nazir Valeh Bərşadlı təyin edildi. Valeh Bərşadlı 1991-ci ilin sentyabr ayının 5-dən həmən ilin dekabr ayının 11-ə kimi Müdafiə naziri olmuş və Ağdərə, Goranboy əməliyyatlarını uğurla həyata keçirmişdir.

1991-ci ildə Müdafiə nazirliyi yarandıqdan sonra aşağıda adları qeyd olunan şəxslər Azərbaycanın Müdafiə nazirləri olmuşlar.

    1. Valeh Bərşadlı - 5 sentyabr 1991-ci il - 11 dekabr 1991-ci il.
    Rəhbərliyi dövründə Azərbaycan Ordusu düşmənə qarşı Ağdərə və Goranboy əməliyyatlarını uğurla həyata keçirmişdir.
    2. Tacəddin Mehdiyev - 11 dekabr 1991-ci il - 17 fevral 1992-ci il.
    3. Şahin Musayev (müvəqqəti) - 17 fevral 1992-ci il - 24 fevral 1992-ci il.
    4. Tahir Əliyev - 24 fevral 1992-ci il - 16 mart 1992-ci il.
    5. Rəhim Qazıyev - 17 mart 1992-ci il - 20 fevral 1993-cü il.
    6. Dadaş Rzayev - 20 fevral 1993 - 17 iyun 1993-cü il.
    7. Səfər Əbiyev (müvəqqəti) - 17 iyun 1993-cü il - 7 avqust 1993-cü il.
    8. Məmmədrəfi Məmmədov - 2 sentyabr 1993-cü il - 6 fevral 1995-ci il.
    9. Səfər Əbiyev - 6 fevral 1995-ci il - 22 oktyabr 2013-cü il.
    10. Zakir Həsənov - 22 oktyabr 2013-cü il - Günümüzə.
    Rəhbərliyi dövründə Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamə yaradılmışdır. Aprel savaşında (2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam etmişdir) Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyini işğaldan azad etmişdir. Qarabağın azad edilməsi üçün başladılan və dəmir yumruq adı verilən əməliyyat 27 sentyabr 2020-ci ildə icra edilməyə başlanmış və nəticədə Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər (bir sıra kəndlər istisna olmaqla), Laçın (Laçın şəhəri və bir neçə kəndi istisna olmaqla), Şuşa şəhəri (kəndləri istisna olmaqla), Tərtər bölgəsinin bir neçə kəndi, Xocalı və Xocavəd bölgəsinin bir sıra kəndləri işğaldan azad edilmişdir. Xankəndi, Xocavənd, Xocalı, Kəlbəcər, Tərtər və Şuşanın ermənistanın müvəqqəti istifadəsində qalan hissələrinə nəzarət təmin edilmişdir. Ordunun həyata keçirdiyi 20 sentyabr 2023-cü ildə 24 saatlıq əməliyyat zamanl isə bütün işğal altında olan ərazilər erməni silahlı qüvvələrindən və terrorçulardan təmizlənmiş, Azərbaycanın torpaq bütünlüyü tam təmin edilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyinin damqası.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun damqası.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1089 Bölmə: Qurumlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?