Kolanı (𐰴𐰆𐰞𐰣𐰃) boyu, Xaqani Ədəboğluya görə (Türkçülükdə Səlcuqlu xəstəliyi kitabı) Oğuz qolunun Peçenek boyundan, Şahin Bərəmoğluya görə (Kolanı tayfasının mənşəyi məqaləsi) Oğuz qolunun Bəydili boyundan, Rəfail Oğuztürk Dağlıya görə (Xızı-Siyəzən bölgəsinin tarixinə dair kitabı) Oğuz qolunun Kınık boyundan törəmişdir. Bu üç mülahizənin üçündə də Kolanı boyunun Oğuzlara mənsub olduğu təsdiq edilməkdədir.