Arama
Kolanı boyu

Adı: Kolanı (𐰴𐰆𐰞𐰣𐰃) boyu.

Budun (milliyyət): Türk.

Bağlı boy: Kınık boyu (Bəzilərinə görə Bəydili və Peçenek).

Yaşadıqları ölkələr: Qazaqistan, Türkiyə, Azərbaycan, İran, Suriya, Livan, Liviya, Fələstin, İsrail və b.


Haqqında digər bilgi:

Kolanı (𐰴𐰆𐰞𐰣𐰃) boyu, Xaqani Ədəboğluya görə (Türkçülükdə Səlcuqlu xəstəliyi kitabı) Oğuz qolunun Peçenek boyundan, Şahin Bəhrəmoğluya görə (Kolanı tayfasının mənşəyi məqaləsi) Oğuz qolunun Bəydili boyundan, Rəfail Oğuztürk Dağlıya görə (Xızı-Siyəzən bölgəsinin tarixinə dair kitabı) Oğuz qolunun Kınık boyundan törəmişdir. Bu üç mülahizənin üçündə də Kolanı boyunun (tayfasının) Oğuzlara mənsub olduğu təsdiq edilməkdədir.

Kolan və ya kolanı toponimlərinin (Rəfail Oğuztürk Dağlıya görə) Kınık boyuna aid olması, Kolanı boyunun adının Səlcuq bəyin oğlu Musa Kolanının adı ilə bağlanması Kolanı boyunun Kınıklardan törəmiş bir boy olması ya da Kınık boyunun müəyyən bir hissəsinin daha sonralar Kolanı adı ilə adlanması qənayətini daha da gücləndirir.

Kolanı sözündəki Kol, Kul, Köl və ya Kül sözü qədim Türkcədə sözün kökü an isə mənsubiyyət bildirən şəkilçidir. Qədim Türk dilində olan kol sözü əsas, vacib, lazımlı, gərəkli, yardım edən, qoruyan, qanad, ordunun bir cinahı, sağ və ya sol tərəf anlamlarını verməkdədir. Günümüzdə də Türkiyədə kollamaq sözü yardım etmək anlamda işlədilməkdədir. Digər tərəfdən hələdə işlətdiyimiz qol-qanad gəlmək ifadəsidə kimisə himayə etmək, kiməsə yardım etmək mənasını daşımaqdadır. Bu sözlərə Köl Tigin, Kul Baş, Kul Çor, Kul Kakan, Kol Erki Kan və başqa Türk böyüklərinin adında rəst gəlinməkdədir. Güman ki, bu Türk böyükləri və dövlət xadimləridə Kolanı boyundan olmuşlar.

Kolanı boyuna mənsub adamlar Qazaqıstan, Türkiyə, Azərbaycan, İran, Suriya, Livan, Liviya, Fələstin, İsrail olmaqla dünyanın ən müxtəlif ölkələrində yaşamaqdadılar. İsrail tərəfindən 1967-ci ildə işğal olunmuş Suriyanın Kolan təpəlikləridə Kolanı boyunun qədim yurdlarından biridir (bu barədə Namiq Hacıheydərlinin Əski türk soylarından biri – Kolanılar adlı məqaləsində geniş bilgi verilmişdir). Kolan təpəliklərində yaşayan Kolanılar işğaldan sonra öncə Suriyaya, Suriyada iç savaş başladıqdan sonra isə Türkiyəyə köç etmişlər. Bu barədə Kolan Türkləri Əməl Dərnəyi təşkilatıda hesabat yaymaqdadır.

Kolanıların bu yerlərə ilk gəlişi milatdan öncə 300-200-cü illər zamanında baş vermişdir. Kolanılar ya Kayıların iqtidarı dönəmində ya da Qıpçaq (Mete kakan dönəmində) iqtidarı ilə birlikdə indiki Azərbaycan, İran, Suriya, Türkiyə və başqa ərazilərə gəlib yerləşmişlər. O dövür üçün bu ərazilərin çoxuda, xüsusən Qafqaz ərazilərində insan məskunlaşmamışdır. Tarixi mənbələr göstərir ki, Qafqaza Türklər kiminləsə savaşmadan ya da kiminləsə qarşılaşmadan gəlmiş və bu bölgədə olan bir çox yerlərə ilk dəfə Türklər ad vermişdir. Əgər Türklərdən öncə bu yerlərdə məskunlaşma olsaydı Türklər bura gəldiklərində kimlərləsə qarşılaşmalı və yerlərə adlar verməməli idi. Kolanıların ilk gəlişi zamanından sonra bu yerlərdə artıq Kolanı yurdları əmələ gəlmişdir. Kolanı boyunun bu torpaqlara, özəliklə də Qafqaza ikinci gəlişi isə Türk kakanlığının Səlcuklu iqtidarı zamanında baş vermişdir. Kolanılar bura ikinci dəfə Kınıklar və digər Oğuz boyları ilə birlikdə gəlmişlər. İkinci gəliş zamanı onsuzda bu yerlərdə mövcud olan Kolanı yurdları daha da möhkəmlənmişdir.

Günümüzdə Kolanı boyuna mənsub olan yurd yerlərindən (kəndlərdən, köylərdən) bəziləri bunlardır: Qərvənd, Papirəvənd, Küllü (Güllü, Güllücə), Güney Pəyə, İsırxavənd, Koran (Goran) və başqa.

Yazar: Şükür Məhişoğlu Oxunma: 545 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?