Arama
Zvartbles (Zwartbles) qoyunu

Adı: Zvartbles (Zwartbles) qoyunu.

Kökəni: Hollandiya yerli qoyun cinsi.

İstiqaməti: Südlük-ətlik.


Çəkisi: Erkək: 85-100 kq, dişi 75-80 kq.

Bala verimliliyi: 1,6-2,3 quzu.

Doğularkən quzunun çəkisi: 4-5 kq.

Günlük çəki yığma qədəri: 0.35-0.4 kq/gün.

Bir aylıq quzunun çəkisi: 14.5-17 kq.

Ət çıxımı: 0.49 (49 %).

Ət keyfiyyəti: Əti iysiz və dadlıdır. Yumuçaqdşr. Yağ bədəndə bərabər paylanmışdır.

Uyğun iqlim göstəricisi: -150C - +400C.

Quzunun kəsimə gəlmə müddəti: 92-130 gün.

Quzunun qoça gəlmə yaşı: 5-8 aylıqda.

Qoça gəlmə müddəti: 1 ay.

Qoça gəlmə dövrü: İl ərzində.

Boğaz olma müddəti: 7-8 ay.

Sərfəli saxlama müddəti: 5-8 il.

Yun verimi: 3-4 kq.

Süd verimi: 480-600 lt.

Laktasiya (sağım) müddəti: 240 gün.

Südün yağlılığı: 0.06-0.07 (6-7%).


Digər özəllikləri:

- Buynuzsuzdur.

- Mükəmməl analıq hissiyatı var.

- Asan yönətilə bilir.

- Asan doğa bilir.

- Südü çox verir.

- Ekiz bəzi hallarda üçüz doğur.

- Açıq qəhvəyi və qara olurlar.

- Alınlarında, ayaqlarında və quyruğunda həmişə ağ yerlər olur.


Haqqında digər bilgi:

Zvartbles qoyunu, bəzi qaynaqlara görə Hollandiyanın Friesland bölgəsində bəslənilən xalq mələzlənməsi nəticəsində təbii olaraq əldə edilmiş qoyun cinsidir. Bəzi qaynaqlara görə isə 1920-1930-cü illərdə texel qoyunu ilə doğu friz qoyunlarının mələzləşməsindən ortaya çıxmış qoyun cinsidir. Adının anlamı ağ alovlu ya da ağ alovlu qara anlamına gəlir. İngiltərədə digər cinslərlə mələzləşdirildiyi üçün onların rəngi hər zaman qara (başlarında, ayaqlarında və quyruğunda ağ yerlər) olur. Hollandiyadakıların rəngi isə əsasən açıq qəhvəyidir.

Zvartbles qoyununun sayı sürətlə azaldığı üçün 1970-1975-ci illərdə Zvartbles qoyunu qoruma dərnəyi (Dutch Rare Breed Survival tröst- Hollandiya Nadir Cinsi Sağ Qalma dərnəyi) qurulmuşdur. Sayları artırılmışdır. Hal-hazırda Hollandiyada 3500 baş zvartbles qoyunu olduğu bilinməkdədir

İlk dəfə zvartbles qoyunları 1990-cı ildə İngiltərəyə ixrac olunmuşdur. İngiltərədə 1995-cı ildə zvartbles qoyunu qoruma dərnəyi qurulmuşdur. Krallıq cins topluluğu idarəsinin məlumatın görə hal-hazırda ingiltərədə 750 baş zvartbles qoyunu vardır. Türkiyəyə 2019-2020-ci illərdə Mustafa Aydın tərəfindən idxal edilmişdir. Türkiyədə hal-hazırda 100 baş zvartbles qoyunu olduğu qeyd edilir. Azərbaycana isə 2021-ci ildə 9 baş zvartbles qoyunu idxal edilmişdir.

Zvartbles (Zwartbles) qoyunu
Mustafa Aydın bəy öz təsərrüfatında zvartbles qoyununu nümayiş etdirir.
Zvartbles (Zwartbles) qoyunu
Mustafa Aydın bəyin təsərrüfatında zvartbles qoyunları.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?