Arama
Zəyəmçay çayı

Adı: Zəyəmçay çayı.

Başlanğıcı: Kiçik qafqaz dağı (38 T, 546992.84 d D, 4489811.64 m K).

Sonu: Kür çayı, Şəmkir su anbarı (38 T, 583832.32 d D, 4535783.59 m K).

Uzunluğu: 90 km.

Olduğu yer: Gədəbəy-Şəmkir bölgəsi.

Keçdiyi yerlər: Azərbaycanın Gədəbəy və Şəmkir ilçələri.

Təmizlik durumu: Yaxşı.


Haqqında digər bilgi:

Zəyəmçay çayı, Azərbaycanın Gədəbəy ilçəsində yerləşən kiçik Qafqaz dağ silsiləsindən başlanğıcın (38 T, 546992.84 d D, 4489811.64 m K) götürən, quzey istiqamətində uzanaraq, Azərbaycanın Şəmkir ilçəsi ərazisində Kür çayının yatağında tikilmiş Şəmkir su anbarına tökülən (38 T, 583832.32 d D, 4535783.59 m K) çaydır. Mənbəyi 2020 metr yüksəklikdə yerləşir.

Zəyəmçay çayına mənbədə şəkərbəy çayı, sağdan, Kilisəlisu çayı (uzunluğu 14 km), Babaçay çayı (uzunluğu 26 km), soldan, Bacanka çayı (uzunluğu 25 km), Çətindərə çayı (uzunluğu 24 km), Qaramurad (uzunluğu 11 km) çayları axır. Zəyəmçay çayı Azərbaycanın daxili çaylarındandır.

Zəyəmçay çayında su, 20% qarın, 35% yağışın və 45% yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır). Çayda su sərfi 6 m3/saniyə ilə 7 m3/saniyə arasında dəyişir.

Zəyəmçay çayı
Zəyəmçay çayının xərtədə yerləşməsi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 332 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?