Arama
Xocalı soyqırımı

Adı: Xocalı soyqırımı.

Tarix: 26 fevral 1992-ci il.

Yer: Azərbaycan Elinin, Xocalı şəhəri.

Törədənlər: Hay (erməni) silahlı birlikləri.

Dəstəkləyənlər: Rusiya federasiyasının 366-cı motoatıcı alayı.


Haqqında digər bilgi:

Xocalı soyqırımı, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə rusiyanın 366-cı moto atıcı alayının dəstəyi ilə hay (erməni) silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam və hərbi cinayətdir. Bu cinayət nəticəsində 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla öldürülmüş 613 nəfərin cəsədləri tapılaraq dəfn edilmişdir. Qətliyam nəticəsində (cəsədləri tapılanlara istinadən) 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Qətliyamdan sonra 150 nəfər haqqında günümüzə qədər heç bir bilgi yoxdur. Soyqırım nəticəsində 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Qətliyam nəticəsində ümumilikdə 3850 nəfər dinc əhalə öldürülmüş, onlardan 2000 nəfərin cəsədləri Xocalı şəhərindən bir km məsafədə yandırılmışdır.

Hayların (ermənilərin) törətdikləri vəhşilikləri təsdiq edən və hayların özləri tərəfindən qeydə alınan dəlillər. Yazıçı-jurnalist David Xerdiyanın Xocalı qətliyamına həsr etdiyi "Xaç uğrunda" kitabından alıntı (istinad, sitat): Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəldilmişdi. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim… Martın 2-də meyitləri yandırmaqla məşğul olan "Qaflan" erməni qrupu 2000-ə yaxın alçaq Monqolun (Türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi.

Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabından alıntı: Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir Türk uşağını pəncərəyə mismarladıqlarını gördüm. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı Türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, Türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş Türk uşağının cəsədini hissə-hissə doğradı və bu Türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 Türk uşağına etdik. Mən bir hay kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir hay hərəkətlərimizlə fəxr duyacaq.

Xocalı şəhərinə hücum Rusiyanın 366-cı moto atıcı alayının dəstəyi ilə 25 fevral gecə saat 23:00-dan etibarən başlanmış, piyada və zirehli texnika isə 26-fevral saat 01-04 arasında şəhərə girməyə başlamışlar. Şəhər, yalnız yüngül silahlarla (tapança və tüfənglərlə (avtomat)) silahlanmış sayca az olan polis və özünü müdafiə dəstələri tərəfindən müdafiə olunurdu. Rusiyanın 366-cı moto atıcı alayının ağır zirehli texnikasından istifadə edən hay (erməni) silahlı birləşmələri 4-5 saatlı savaşdan sonra müdafiənin müqaviməti qıra bildi. Şəhərdən çıxan dinc əhali mühasirəyə alınaraq xüsusi amansızlıqla qətilə yetirildi. Xüsusi amansızlıqla törədilən qətliamdan dərhal sonra Rusiya qəzetləri dinc əhalinin çıxması üçün “azad dəhlizin” yaradılması haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar yazmağa başladılar. Azərbaycandan Azərbaycan Televiziyasının operatoru olan Seyidağa Mövsümlü ilk dəfə olaraq Xocalı soyqırımını lentə almış və bütün düyada işıqlandırılmışdır.

Qətliyamın miqyasının böyük olması hayların özlərinədə cinayətin törədildiyini etiraf etməyə məcbur etmişdir. Haylar (ermənilər) Xocalıya hücum zamanı qəddarlıq hallarına görə təəssüfləndiyini bildirən bəyanat vermişlər. Onlar, hayıstanın (ermənistanın) silahlı dəstələrinin tərkibində qohumları azərbaycanlılar tərəfindən öldürülən, həmçinin cinayətkar keçmişə malik şəxslər Xocalının işğalı zamanı vəhşiliklərə yol verildiyini etiraf etmişlər. Ancaq bununla bağlı heç bir cinyət işi açılmamış və heç kim məsuliyyətə cəlb edilməmişdir.

Ruslar isə 366-cı motoatıcı alayın soyqırımda iştirakını inkar etmiş, komandanlığa tabe olmayan 150-yə qədər hay mənşəli zabit və əsgərlərin özbaşnalıq edərək bu hücuma qatıldıqlarını bildirmişlər. Lakin, bu hadisə 366-cı motoatıcı alayın hadisələrə müdaxilə etməsini təsdiq edən ilk hadisə deyil. 6 mart 1992-ci ildə Azərbaycan Silahlı birləşmələri ərazilərin işğaldan azad olunması əməliyyatını icra edən zamanda 366-cı motoatıcı alayı hay işğalçılarını müdafiə etmişdir.

Daha çox bilgi almaq üçün Xocalıya ədalət saytına baxın.

Xocalı soyqırımı
Xocalı soyqırımından bir şəkil.
Xocalı soyqırımı
Xocalı soyqırımından bir şəkil.
Xocalı soyqırımı
Xocalı soyqırımından bir şəkil.
Xocalı soyqırımı
Qətliyamdan bir neçə gün sonra Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil. Haylar yol kənarına səpələnən adam cəsətlərinə rəğmən talançılıqla məşğuldur.
Yazar: Şükür Məhişoğlu Oxunma: 434 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?