Arama
Tut ağacı (bitki)

Tut ağacı, örtülütoxumların ikiləpəlilər sinifinin tut fəsiləsinə daxil olan tut cinsindən ağacdı.

Düyada və Azərbaycan da geniş yayılmışdır. Yarpaqlarının kənarı dilik-dilik olan tut ağacı ağ tut və qara tut olmaqla müxtəlif növləri var. Ağ tut ağacı 20 metrə qədər yüksəlir. Ağ tut ağacının gövdəsi yoğun və ağacın çətri isə böyük olur. Qara tut ağacı isə 7-10 metr yüksəklikdə olur.

Tut ağacının uzunsov, ətli meyvəsi olur. Tutun meyvəsi mürəkkəb giləmeyvədi. Tut ağacının meyvəsinin yetişməsi 40 gün davam edir. İki gündən bir yetişən tut meyvələri ağacın altına tökülür. Tut ağacının altına çadır tututaraq ağacı silkələyərək meyvələri toplanır.

Tut ağacının meyvəsindən bəhməz və irçal bişirilir. Bu məhsullar həm qida vasitəsi, həm də dərman vasitəsi kimi istifadə olunur. Bundan başqa tut ağacının yarpaqlarından və qabığından da dərman kimi istifadə edilir.

Tut ağacı (bitki)
Ağ tut meyvəsi.
Tut ağacı (bitki)
Qara tut meyvəsi.
Tut ağacı (bitki)
Ağ tut ağacı.
Tut ağacı (bitki)
Qara tut ağacı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 3343 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?