Arama
Türk kənəşi

İndiki adı: Azərb. Türkçəsi: Türk Dövlətləri Təşkilatı, Qazaq Türkçəsi: Түрік Мемлекеттері ұйымы, Qırqız Türkçəsi: Түрк мамлекеттеринин уюму, Özbək Türkçəsi: Turk Davlatlari Tashkiloti, Türkiye Türkçəsi: Türk Devletleri Teşkilatı, Macar Türkçəsi: Türk Államok Szervezete,

Öncəki adı: Azərb. Türkçəsi: Türk kənəşi, Qazaq Türkçəsi: Түркі кеңесі, Qırqız Türkçəsi: Türk Keñeşi, Özbək Türkçəsi: Turkiy Kengash, Türkiye Türkçəsi: Türk Keneşi, Macar Türkçəsi: Törük Tanács.

Qurulma tarixi: 3 oktyabr 2006-cı il.

Qurulma yeri: Azərbaycanın Naxçıvan şəhəri.

Andlaşma: Naxçıvan andlaşması.

Adının dəyişdirilməsi: 12 noyabr 2021-ci il.

Altqurumlar: TürkPA (Türkdilli Dövlətlərin Parlament Assambleyası), Türk Akademiyası, Türksoy (Beynəlxalq Türk mədəniyyəti təşkilatı), Türk mədəniyyət və miras təşkilatı.

Saytı: Türk kənəşi.


Haqqında digər bilgi:

Türk kənəşi, Nursultan Nazarbayevin düşüncəsi əsasında 2006-cı ilin oktyabr ayının 3-də Naxçıvan şəhərində Azərbaycan, Qazaqistan, Qırqızistan və Türkiyə dövlətləri tərəfindən Naxçıvan andlaşması ilə qurulan Türk dövlətlərinin birliyidir. Qurulduğu vaxtdan etibarən adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (kənəşi) olmuş, 12 noyabr 2021-ci ildə isə adı Türk Dövlətləri Təşkilatı adı ilə dəyişdirilmişdir. Adına uyğun olaraq birlik yeni hüquq və status qazanmış, mahiyyət etibarı ilə də dəyişmişdir.

Türk Dövlətləri Təşkilatı, Dövlət başçıları kənəşi, Ağsaqqallılar kənəşi, TürkPA (parlament assambleyası) Baş katiblik, Xarici işlər nazirlərinin kənəşi, Böyük məmurlar kənəşi, Türk akademiyası, TÜRKSOY (Türk mədəniyyəti və sənətləri ortaq idarəsi), Türk iş kənəşi və digər birimlərdən ibarətdir.

Türk kənəşinin İstanbul, Bakı və Nur-Sultan olmaqla üç mərkəzi vardır. Baş katiblik İstanbulda, TürkPA Bakıda və Türk akademiyası isə Nur-Sultan şəhərində yerləşir. Türk dövlət başçıları kənəşinin toplantısı hər il üzv dövlətin birinin şəhərində keçirilməkdədir. 24 avqust 2012-ci ildə Türk kənəşinin vahid barağı qəbul edilmişdir. Rəcəb Tayyib Ərdoğanın təklifi ilə 24 may 2019-cu il tarixdən Nursultan Nazarbayev Türk kənəşinin ömrüboyu onursal Başkanı seçilmişdir.

Hal-hazırda Azərbaycan, Qazaqistan, Qırqızistan, Türkiyə və Özbəkistan Türk kənəşinin tam, Macarıstan və Türkmənistan isə Türk kənəşinin müşahidəçi qismində üzvüdür.

Türk kənəşi
Türk birliyinin vahid bayrağı
Yazar: Şükür Məhişoğlu Oxunma: 602 Bölmə: Qurumlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?