Arama
Turac

Adı: Turac (adi turac).

Aləmi: Heyvanlar.

Yarımaləm: Eumetazoylar.

Bölmə: İkitərəflisimmetriyalılar.

Yarımbölmə: Sonağızlılar.

Tip: Xordalılar.

Yarımtip: Onurğalılar.

Sinif: Quşlar.

Yarımsinif: Yenidamaqlılar.

Dəstə: Toyuqkimilər.

Fəsilə: Qırqovullar.

Cins: Turac.


Turac toyuqkimilər dəstəsindən, qırqovullar fəsiləsindən olan çox nadir quş növüdür. Bəzi bölgələrdə dürrac və ya çilli quşu kimi adlanan turac Türkiyədən quzey-doğu Hindistana qədər yayılmışdır. Alimlərin fikirincə Turacın əsil vətəni Azərbaycandır. Hazırda Azərbaycan da Turac Kur-Araz ovalığında və Lənkəran düzənliyində yayılmışdır.

Turaclar bir yaşından yumurtlayır. Fevralın sonlarından yumurtlamağa başlayır. Yuvada 8-15 yumurta olur. Turac cücələri mayın sonları, iyunun əvvəlləri yumurtadan çıxır. Cavan quşlar ildə bir dəfə, yaşlılar isə ildə iki dəfə yumurtlayır. Qidasını bitki, bitki toxumları və böcəklər təşkil edir. Çəkisi ortalama 400-450 qram olur.

Uzun zaman Azərbaycan da Turac ovuna məhdudiyyətlər qoyulmuş, 1960-cı ildən sonra isə Turac ovu Azərbaycan da qadağan edilmişdir.

Turac
Turac quşu.
Yazar: Şükür Məhişoğlu Oxunma: 4899 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?