Arama
Telefon

Telefon bir-birindən uzaq olan adamlar arasında ilətişim quraraq bilgi alış-verişini sağlayan elektrik enerjisi ilə çalışan səs alıb-vermə aracıdır (cihazıdır). Telefon sözü köhnə Yunan sözləri olan anlamı uzaq olan telos və anlamı səs olan fone (phone) sözlərinin birləşməsindən törəmişdir.

Telefonun çalışma ilkəsi adamın ağzından çıxan səs dalğalarını elektrik siqnalına çevirərək çeşitli yönəmlə qəbulediciyə ötürmək və ötürücülərdən elektrik siqnallarını qəbul edərək yenidən adamın eşidə biləcəyi səs dalğalarına dönüşdürməkdən ibarətdir.

İlk dəfə olaraq adamın ağzından çıxan səs dalğalarını elektrik siqnallarına çevirə bilən cihazı Şotlandiya əsilli Amerika vətəndaşı Alexander Qraham Bell 1876-cı ildə icat etmişdir. Lakin, bununla bərabər olaraq İnnokennto Manzetti, Antonio Meuççi, Reys Filipp, Tomas Edison və digər alimlər də səsi elektrik siqnalına çevirə bilən araclar ixtira etmişdilər. ABŞ Konqresi 11 iyun 2002-ci ildə ABŞ ərazisində telefonun əsl ixtiraçısının Antonio Meuççi olduğunu tanıyan qətnaməni qəbul etmişdir.

İlk olaraq Alexander Qraham Bell və Çarles Sumner Taynter 15 fevral 1880-ci ildə ilk dəfə telefonla danışmağı başarılı olaraq dənədikləri qeyd edilməkdədir. Qeyd olunanlara görə dənəmə 13-cü küçədə yerləşən Fraklin məktəbinin binası ilə 14-cü küçədə yerləşən laboratoriya binası arasında baş tutdu. Tayner məktəb binasında danışmağa başlamış, Bell məni duya bilirsənsə pəncərənin önünə keç və papağını yellə demişdir. Bell isə onu duymuş və pəncərənin önünə gələrək papağını yelləmişdir. Digər bir qaynaqda isə ilk telefon danışığı Bell ilə köməkçisi arasında 1876-cı ildə mart ayının 10-da baş vermişdir.

İlk mobil-simsiz telefonun kəşfi isə Motorolla şirkətinin mühəndisi olan Martin Kuperin adına bağlanmaqdadır. Yayğın olan bilgilərə görə Martin Kuper 1973-cü ildə ixtira etmişdir.

Telefon
İlk telefon yaxud ilk səs dalğalarını elektrik dalğalarına çevirən cihaz.
Telefon
Telefonun çalışmasının sadə yolla izahı.
Telefon
İlk simsiz telefon.
Yazar: Şükür Məhişoğlu Oxunma: 429 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?