Arama
Süni lif

Əsasən ağac parçalarını kimyəvi birləşmələrin tətbiqi ilə emal edilməsi nəticəsində əldə edilən liflər süni liflər adlanır.

Süni lif əldə etmək üçün öncə onu kiçik ölçülərdə doğrayırlar. Sonra onu kimyəvi birləşmələridən istifadə edilərək hazırlanmış bir neçə məhlulda bişirirlər. Bunun nəticəsində adına viskoz deyilən uzana biləmə özəlliyi olan qatı kütlə əldə edilir.

Viskoz kütləsi daha sonra filyer adlanan kiçik deşikləri olan ələyə verilir və üzərindən yüksək təzyiqlə basılır. Bunun nəticəsində ələyin deşiklərindən nazik ancaq hələ möhkəm olmayan sap şırnağı axır. Sap şırnağı turşulu vannaya düşən kimi dərhal möhkəmlənir. Əldə edilmiş saplar iri qarqaralara sarılır. Bir metrin kubu oduncaqdan 150 kq süni lif əldə edilə bilinir.

Süni lif saplarından sənayedə və xalq təsərrüfatında, toxuculuq sahəsində geniş istifadə edilməkdədir. Süni ipək parçalar toxunur. Süni lifin ən böyük üstünlüyü onun istehsalının asan olması və ucuz başa gəlməsidir.

Süni lif
Emal olunacaq ağac hissələri.
Süni lif
Emal cizgisi.
Süni lif
Süni lif sapı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1082 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?