Arama
Şoran torpaqlar

Adı: Şoran torpaqlar.

Əmələ gəlməsi: Suda həll olan duzların çoxalması .

Növü: Şoranlar və Şorakətlər.


Şoranlar: Çoxlu miqdarda suda asan həll olan duzlar olan torpaqlardır.

Şoranların növü: Yumşaq şoranlar və qara şoranlar.


Şorakətlər: Çoxlu miqdarda udulmuş mübadiləlik natrium və bəzən maqnezium olan torpaqlardır.

Şorakətlərin növü: Sodalı, qarışıq (sodalı-xlorlu-sulfatlı) və neytral (sulfatlı-xlorlu və xlorlu-sulfatlı).


Haqqında digər bilgi:

Şoran torpaqlar, tərkibində mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda suda həll olan duzlar olan torpaqlardır. Şoran torpaqlar şoranlar və şorakətlər olaraq iki yerə ayrılır.

a) şoranlar səthində və profilində çoxlu miqdarda suda asan həll olan duzlar olan torpaqlardır. Kimyəvi tərkibindən asılı olaraq şoranların üst qatında duzların miqdarı 0,6-0,8%-dən 2-3% və daha çox ola bilər. Ş.T. iki yarımtipə bölünürlər: hidromorf və avtomorf şoranlar. Hidromorf şoranlar minerallaşmış qrunt sularının yer səthinə yaxın olan şəraitdə inkişaf edirlər və aşağıdakı cinslərə bölünürlər: tipik hidromorf, çəmən, bataqlıq, şorlar, dənizsahili, donuşluqlu, təkrar şorlaşmış və takırlaşmış. Tərkibində natrium xlor duzu üstünlük təşkil edən şoranların səthində qabıq (qaysaq) əmələ gəlir. Kalsium və maqnezium xlor kimi yüksək hiqroskopikliyə malik duzlar olan torpaqlarda nəm şoranlar inkişaf edir. Torpaqdakı duzların tərkibində Na2SO4 duzu üstünlük təşkil edirsə yumşaq şoranlar formalaşır. Əgər torpaqdakı duzların içərisində Na2CO3 (soda) çoxdursa qara şoranlar əmələ gəlir.

b) Şorakətlər tərkibində çoxlu miqdarda udulmuş mübadiləlik natrium və bəzən illüvial qatda (horizont B) maqnezium olan torpaqlardır. Şoranlardan fərqli olaraq şorakətlərdə asan həll olan duzlar torpağın lap səthində deyil, bir qədər aşağı qatlarında yerləşir. Qeyri-əlverişli aqronomik xüsusiyyətləri ilə fərqlənirlər. Şorakətlər kimyəvi tərkiblərinə və duzluluq dərəcələrinə görə bölünürlər: sodalı, qarışıq (sodalı-xlorlu-sulfatlı) və neytral (sulfatlı-xlorlu və xlorlu-sulfatlı) şorakətlər. Kimyəvi tərkibləri şoranlarda olduğu kimi su çəkimindən anion-kation nisbətləri ilə müəyyən olunur. Şorakət torpaqlarda mübadilə olunan natrium udulmuş əsasların cəminin 25-40 və daha çox faizini təşkil edə bilər. Neytral duzlarla şorlaşmış şorakətlərdə pH=8,0-8.5 arasında tərəddüd edir, qələvi duzlu şorakətlərdə isə pH=8,5-10,5 olur.

Qaynaq: https://www.meliorator.az

Şoran torpaqlar
Şoran torpaqlar.
Şoran torpaqlar
Şoran torpaqlar.
Yazar: Şükür Məhişoğlu Oxunma: 4213 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?