Arama
Şipton ana (Ursula)

Şipton ana, 1488-ci ildə İngiltərənin Knaresborouq qəsəbəsində anadan olmuş Ursula adında kahindir. Anası Agatha Southeil 18 yaşında olduğu zaman Ursulanı dünyaya gətirmiş və ölmüşdür. Çocuq olması gərəkdiyindən fərqli görnüşə sahib idi. Qolları və qıcları bədəninə uymurdu, başı böyük, gözləri çaş, yanaqları batıq və ağzı dəliyə bənzəyirdi.

Anası öldükdən sonra bu çocuq gizlədildisə də bu uzun çəkmədi. Bir iyilik sevən qadın bu çocuğu götürüb saxladı və adına Ursula dedi.Ursula başqalarından fərqli idi. Gün ərzində 1-2 saat yatır, oyaq olduğu zaman isə gözlərini bir nöqtəyə dikərək saatlarla baxırdı.

Ursula zamanla olaylar içində böyüdü. Analığı Ursulanı okula göndərdi. İrəli zəkası ilə tüm okulun göz bəbəyi olsada ona paxıllıq edənlərində sayı artdı.Ona paxıllıq etmələri nədəni ilə Ursulaya pislik edən sinif yoldaşlarının anidən paltarları, çantaları yanmağa başladı. Sinif yoldaşlarının başlarına gələn olaylardan Ursula sorumlu tutuldu və okuldan uzaqlaşdırıldı.

Ursula gənc bir qadın olduğu zaman öncəgörücü olduğu iddia edilməkdədir. İddiaya görə Ursula öncəgörücü olmuş və buna görədə ona sayı göstərilməyə başlanmışdır. Ətraf qəsəbə və köylərdən onunla məsləhətləşməyə gələnlər ona Knaresborouqun biləni adını vermişdilər.

Ursula 24 yaşında Toni Şipton adlı bir adamla evlənmişdir. Toni haqqında qaynaqlar heç bir bilgi vermir. Toni Şiptonla evləndikdən sonra onun Şipton ana adını aldığı güman edilir.

Onun İngiltərənin, Kral və kraliçaların gələcəyini, 1666-cı ilin London vəba salqınını və yanğınını, atsız gedəcək arabaların, yelkənsiz üzəcək gəmilərin olacağını, dəmirin batmadan taxta kimi suda üzəcəyini və digər gələcəklə bağlı hadisələri öncədən gördüyü iddia edilməkdədir.Tarixçi Pepis 1666-cı ildə yazdığı gündəliyində bu öncə görmələrin bəzilərini yazmışdır.

Şipton ana 1561-ci ildə Knaresborouq yaxınlığında Droppinq Velldə ölmüşdür. Qaynaqlara görə nə zaman və necə öləcəyinidə öncədən bilirmiş. Ona görədə orta çağ engizisyondan heç qorxmadı. Ona toxuna bilməyəcəklərini bilirdi. Öləcəyi gün səhər yatağına uzanmış, uyumuş və bir daha oyanmamışdır.Özünün dediyi kimi üç iyirmi və bir on üç il yaşamışdı.

Şipton ana (Ursula)
Şipton ananın qaynaqlardakı bilgilərə görə çəkilmiş rəsmi.
Şipton ana (Ursula)
Şipton ananın qaynaqlardakı bilgilərə görə düzəldilmiş heykəli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 552 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?