Arama
Qoz (ceviz) ağacı və meyvəsi

Adı: Qoz və ya ceviz.

Aləmi: Bitkilər.

Şöbə: Örtülütoxumlular.

Sinif: İkiləpəlilər.

Sıra: Fıstıqkimilər.

Fəsilə: Qozkimilər.

Cins: Qoz və ya ceviz.


Haqqında digər bilgi:

Qoz və ceviz, qozkimilər fəsiləsinə daxil olan, meyvəsinin üzəri sərt qabıqla örtülmüş, uzunsov-oval şəkilində meyvəsi olan bitgidir.

Qozun meyvəsinin sərt qabığı sındırılır və içindən ləpə adı verilən yeyilə bilən hissə çıxardılır. Ləpəsi çətin çıxan qoza çəltik qoz deyilir. Qozun meyvəsinin sərt qabığının üzəri öncə yaşıl rəngdə ətli yumuşaq qarzaq adı verilən qabıqla örtülür. Qoz yetişdikcə qarzaq qaralır və sərt qabıqdan ayrılır.

Qozun ləpəsinin tərkibində 30-75% yağ, 8-21% zülal, 16% sulu karbonlar, az miqdarda A, B2, E və P vitaminləri, qarzağında isə (yaşıl olanda) A və P hidroyuqlon, dabbaq maddələri və C vitamini vardır. Qoz ağacının meyvəsindən təbabətdə geniş istifadə olunur.

Qozun ləpəsi təzə olduqda və ya quru halında yeyilir, şirniyyat ürünlərinin hazırlanmasında istifadə olunur. Ləpədən yüksək keyfiyyətli yağ istehsal olunur. Yetişməmiş kiçik qoz meyvələrindən mürəbbə bişirilir.

Uzun müddət saxlamaq mümkün olduğu üçün qoz bağı təsərrüfatı kənd təsərrüfatının önəmli sahələrindən birinə çevrilmişdir. Dünyada qoz istehsalına görə Çin, İran, ABŞ, Türkiyə, Meksika ölkələri ilk yerlərdədilər.

Qoz bitgisi istiyə, işığa və nəmişliyə tələbkar bitgidir. Ancaq, 350 dərəcə şaxtaya, quraqlığa tab gətirə bilsədə məhsuldarlığı kəskin aşağı düşür. Qoz bağı, hündür boylu qozlar üçün 12-10x10-8 metr, orta və gödək boylu qozlar üçün 8-6x5-4 metr ölçülərlə əkilir. Vegetasiya dövründə 3-4 dəfə suvarma bitginin inkişafına və məhsuldarlığına müsbət təsir edir. Azərbaycanda əsasən Seyfı, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi, Qam, İdeal qoz növləri yetişdirilməkdədir. Son illər Türkiyədən daha məhsuldar qoz növləri gətirilərək bağ salınmışdır.

Qoz (ceviz) ağacı və meyvəsi
Qaydalara uyğun salınmış qoz bağı.
Qoz (ceviz) ağacı və meyvəsi
Qoz meyvəsi, qarzağı, ləpəsi.
Qoz (ceviz) ağacı və meyvəsi
Qarzağın meyvədən ayrılması.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1309 Bölmə: Kənd təsərrüfatı
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?