Arama
Qovaq ağacı

Adı: Qovaq ağacı.

Aləmi: Bitkilər.

Şöbəsi: Örtülütoxumlular.

Sinif: İkiləpəlilər.

Fəsilə: Söyüd.

Cinsi: Qovaq.


Haqqında digər bilgi:

Qovaq ağacı, söyüd fəsiləsinə daxil olan bitki cinsidir. Görnüşünə görə qovaqlar çətirinin diametric kiçik, dik hündürə qalxan və çətirinin diametri geniş, şaxələnmiş şəkildə olurlar. Qərbdə qovaq latin dilində populus adlanır.

Gövrək yapısı nədəni ilə sənayedə və tikinti sahəsində geniş istifadə edilməməkdədir.

Qovağ ağacının aşağıdakı növləri vardır.

Yalançı qovaq.
Vətəni Azərbaycandı. Boyu 35 m-ə qədər çata bilir. Geniş çətirlidir.

Kanada qovağı.
Boyu 45 m-ə qədər çata bilir. Geniş çətirlidir.

Şişkin qovağı.
Vətəni Azərbaycandı. Boyu 38-40 m-ə qədər çata bilir.

Səmərqənd qovağı.
Vətəni Türküstandır. Özbəkistanda geniş yayılmışdır. Boyu 35 m-ə qədər çata bilir.

Əfqan qovağı.
Vətəni Əfqanistandır. İtaliyada geniş yayılmışdır. Boyu 40 m-ə qədər çata bilir.

Qələmə qovağı.
Azərbaycanda geniş yayılmışdır. Boyu 30 m-ə qədər çata bilir.

Balzam qovağı.
Şimali Amerikada geniş yayılmışdır. Boyu 20 m-ə qədər çata bilir.

Ətirli qovağı.
Sibirdə geniş yayılmışdır. Boyu 35-37 m-ə qədər çata bilir.

Ağca qovağı.
Azərbaycanda geniş yayılmışdır. Boyu 35 m-ə qədər çata bilir.

Qovaq ağacı
Kiçik çətirli qovaq ağacı.
Qovaq ağacı
Geniş çətirli qovaq ağacı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 4267 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?