Arama
Öz-özünə hərəkət edən qayalar

Adı: Ölü vadisi və ya quru göl yatağı (Racetrack playa).

Bilinməsi: 90 il.

Gizləmli yönü: Qayaların öz-özünə hərəkəti.


Hərəkət edən qayalardan:

Ən az gedən: 7 ildə 6.4 sm.

Ən çox gedən: 7 ildə 260 metr.


Haqqında digər bilgi:

Racetrack playa, ABŞ-ın Kaliforniya bölgəsində olan Ölü vadisi milli parkında, Panamit dağlarının quzey tərəfində yerləşən mövsümü göldür, daha doğrusu göl yatağıdır. Öz-özünə hərəkət edən qayaları (Sailing Stones) ilə məşurlaşmışdır.

Bu günüə kimi qayaların hərəkət etdiyi anı kimsə görə bilməsədə qayalar arxalarında iz qoyaraq öz-özlərinə hərəkət edir. Bəzəndə qayalar tamami ilə yoxa çıxır. Örnəyin, 318 kq-lıq qaya birdən-birə yoxa çıxmışdır. Hərəkət edən qayaların çəkisi 35 kq ilə 350 kq arasında dəyişir. Bəzi qaynaqlarda daha ağır qayaların olduğu qeyd edilməkdədir.

Qayaların öz-özlərinə hərəkətlərini izah etmək üçün bir çox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyələrdən ikisinin üstündə daha çox durulmaqdadır. İrəli sürülən bir fərziyəyə görə qayalar vadidə və yataqda olan güclü küləklərin təsiri ilə hərəkət edir. Digər fərziyəyə görə isə göl yatağında su qatı əmələ gəldikdən sonra buza çevrilir və buzlu su qayaların hərəkət etmələrinə səbəb olur. Ancaq, bütün fərziyyələr kimi bu fərziyyələrdə isbat edilməyib və heç bir tutarlı dəlilə dayanmamaqdadır. Buna görədə qayaların öz-özünə hərəkət etməsi gizləmi hələdə gizləm olaraq qalmaqdadır.

Öz-özünə hərəkət edən qayalar
Gəzən qayalar.
Öz-özünə hərəkət edən qayalar
Gəzən qayalar.
Öz-özünə hərəkət edən qayalar
Qayaların hərəkət etməsini izah etməyə çalışan fərziyyənin təsviri.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?