Arama
Orta əsrlər dövrünün coğrafiyası

Coğrafiya elminin VIII-X əsrləri əhatə edən hissəsi orta əsrlər dövrünün coğrafiyası hesab edilir. VII əsrdən başlayaraq ərəblər tərəfindən İslam dini, ərəb dili, mədəniyyəti və digər biliklər böyük ərazilərdə sürətlə yayılmağa başladı. Ümumiyyətlə Ərəb xilafəti ölkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur. Xilafətin paytaxtı və ən böyük mədəniyyət mərkəzi olan Bağdada çoxlu var-dövlətlə yanaşı həm də müxtəlif xalqların qiymətli kitab və əlyazmaları toplanırdı.

Bağdadda elmin və mədəniyyətin mərkəzi olan Müdriklər evi yaradılır, buraya çoxlu xarici ədəbiyyat toplanır, görkəmli alimlər dəvət olunur və həmçinin rəsədxanalar tikilirdi. O dövrün böyük Türk alimi Əl-Xarəzmi Müdriklər evinə dəvət olunmuşdur. Onun əsərlərində ərəb coğrafiyasında ilk dəfə olaraq astronomiya və coğrafiyanın qovşağında inkişaf edən riyazi-coğrafiyanın əsası qoyulmuşdur. Bütün coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mutləq riyazi məlumatlar və cədvəllər verilməli idi. Belə cədvəllərdə yeni kəşf olunmuş ölkələrin, şəhərlərin və digər coğrafi obyektlərin koordinatları haqqında məlumatlar verilirdi.

Orta əsrlər dövründə yaşamış məşhur ərəb və türk coğrafiyaçılarından bəziləri aşağıda verilmişdir:

    Ərəb:
  1. 1) Əl-Idrisi
  2. 2) İbn-Bətutə
  3. 3) Əbu Əli İbn Rusta
  4. 4) Məsudi
  5. 5) İbn Rüşt
  6. 6) Həməvi

    Türk:
  1. 1) Əl-Biruni
  2. 2) M.Qaşqari
  3. 3) Fərabi
  4. 4) Bəkuvi
  5. 5) İbn-Sina
  6. 6) Əl-Xarəzmi

Yazar: Münasib Həmidli Oxunma: 511 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?