Arama
Məhərrəm ayı

Adı: Məhərrəm ayı.

Təqvim: Hicri təqvimində ay.

Təqvimin əsası: Ay əsaslı təqvim.

Günlərin sayı: 29-30 gün.

Dini bağlılığı: İslam dini.


Haqqında digər bilgi:

Məhərrəm ayı hicri təqvimində 1-ci aydır. Hicri təqvimi ilə il bu ayın birinci günündən başlayır. Məhərrəm ayında bir neçə xoşagəlməz hadisələr baş vermiş və bu hadisələr müsəlmanları dərindən etkiləmiş, yüz illərlə sürəcək kin və küdurətin başlanğıcı olmuşdur.

Məhərrəm ayında müsəlmanlar sünnət orucu tuta bilərlər. Ayın ilk gününü müsəlmanlar yeni ilin başlanğıcı kimi qeyd edirlər. Ancaq bu ayda faciyəvi hadisələrdə olmuşdur. Hicri təqvimi ilə 41-ci ilin bu ayın 21-də (23-29 yanvar 661-ci il) hz. Əli, 61-ci ilin ramazan ayının 10-da hz. Hüseyn, ailəsi və yaxınları, bu ayın 25-də 95-ci hicri ilində hz. Zeynalabddin (Əli ibn Hüseyn) şəhid edilmişdir.

Aşura adı verilən, Kərbəla çölündə hz. Hüseyn, ailəsi və ətrafındakı müsəlmanların şəhid edilməsi İslam tarixində ən acı gün kimi yadda qalmışdır. Bu faciyəvi günün tarixi və ibrətlik əhəmiyyəti nəzərə alınaraq hər il müsəlmanlar tərəfindən bu gün xatırlanmaqdadır. Şiə inancına mənsub olanlardan bir qismi və əsasən İranda yaşayanlar bu günü xüsusi ən-ənə ilə qeyd edirlər. Bu ən-ənəyə baş yarmaq, bədəni zəncirlə döymək kimi hərəkətlər daxil edilir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 183 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?