Arama
Manqrovlar

Manqrovlar qabarma və çəkilmə sahələrində bitən ağac və kollardan ibarət bitki örtüyüdür. Bu bitki örtüyü qeyd olunduğu kimi qabarma və çəkilmə sahələrində yerləşdiyi üçün özünə məxsus xüsusiyyətlərə malikdir. Belə ki, zamanın böyük hissəsi duzlu suda qalmdığından, oksigenli mühitin və qida mənbəyinin azlığından dolayı manqrovların hər bir növünün bu problemləri həll etməkdə özünə məxsus çarələri vardır.

Kök atmış manqrovların kökləri ilbizlərin qidalanması üçün mühit yaradır və eyni zamanda dənizdən gələn axını yavaşladır bununla da həmin ərazidə dənizdən gələn çöküntlərin toplanması prosesini artırmış olur. Manqrovların kökləri eyni zamanda dənizdən gələn ağır metalların çöküntüləri ilə də zəngindir. Ərazinin mənimsənilməsi məqsədi ilə manqrovların məhv edildiyi sahələrdə ağır metalların çökməsi nəticəsində ortaya çıxan çirklənmə yerli fauna və floraya öz təsirini göstərir.

Manqrovların hündürlüyü çox olmasa da mangrovlar sahil xətlərini qasırğa və sunamilərin erroziyasından qoruduğu tez-tez iddia edilir. Ancaq buna baxmayaraq onu qeyd etmək lazımdır ki, manqrovlar sahil bölgəsinin zəif dalğalı bölgələrində kök atır.

Manqrovlar vəhşi heyvanlar, eyni zamanda balıq və xərçəngkimilərin qida mühitini formalaşdırır. Bunla da qalmayaraq sahilyanı ərazilərin karbon ehtiyyatlarını təmin eləmiş olur. Vietnam, Tailand, Filippin və Hindistan kimi ölkələrin sahil bölgələrində manqrovları balıqçılıq və digər tətbiq məqsədi ilə yetişdirirlər.

Manqrovlar da özlüyündə qırmızı və qara olurlar. Qırmızı manqrovlar duzluluğa davalılığı ilə fərqlənirlər. Bu köklərdəki tıxaclanma nəticəsində qorunmuş olur. Belə ki, adi halda bitki daxilində suyun miqdarı 90% və hətta duzuluğun normadan artıq olduğu zamanda isə bitki daxili suyun miqdarı 97%-ə qalxır.

Manqrovların artım texnikası maraqlıdır. Belə ki, bitkidən ayrılmış toxum suya və quruya düşür. Quruya düşən toxum günlər, həftələr, aylar və hətta ildən artıq müddətə nəmli mühit gözləyərək qala bilir.

Suya düşmüş və ya sonradan su ilə əlaqədə olan toxum isə öz formasını dəyişərək uzun forma alır. Belə forma almış toxum suda üfüqi deyil də şaquli üzməyə başlayır ta ki, hər hansı bir palçıq və ya torpaqla qarşlaşana kimi.

Manqrovlar böyüdükdən sonra öz daxilindəki, suyu qorumaq üçün yarpaqlarının istiqamətini dəyişərək birbaşa buxarlanmanın qarşısını almış olur.

Manqrovlar
Avstarliya ərazisində bitən manqrov bitkisi
Manqrovlar
Yazar: Əli Məmmədov Oxunma: 400 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?