Arama
Laqari Həsən Çələbi

Laqari Həsən Çələbi tarixdə raketlə havaya qalxmış ilk insan hesab olunur. Laqari Həsən Çələbinin həyatı barədə bizə çox az məlumat çatmışdır. XVII əsr 4-cü Muradın zamanında barıt məcunundan hazırlanmış fişənglərlə göyə uçduğu rəvayət edilən Osmanlı sənətkarı və elm adamıdır.

Həyatı barədə məlumatlar sadəcə Övliyya Çələbinin məşhur əsəri olan Səyahətnaməsində bəhs edilənlərə dayanır. Səyahətnamədə bəhs edilənlərə görə 4-cü Muradın qızı dünyaya gəlməsi səbəbi ilə edilən şənliklər əsnasında əfsanələşən bir hadisəyə imza atmışdır.

Şənlik gecəsi Laqari Həsən Çələbi hazırladığı yeddi qollu fişəngləri alışdıraraq 300 m havaya qalxmış və orada 20 saniyə qaldıqdan sonra fişənglərdəki barıt bitdikdən sonra özünə bağlı qanadlar vasitəsi ilə dənizə enmişdir. Həmin gecə dənizin üzü qızılı rəngə boyandığı rəvayət edilir.

Etdiyi ixtiralar və çalışmalar xaqan tərəfindən dəstəklənən Laqari Həsəsn Çələbi daha sonrakı zamanlarda elmi inkişafdan qorxanların təzyiqi nəticəsində yarğılanır. Qısa bir zaman sonra Kırıma sürgün edilir və bir müddət sonra burda həyata göz yumur.

Yazar: Əli Məmmədov Oxunma: 922 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?