Arama
Lad (musiqi sözlüyü)

Adı: Lad

Aidiyyatı: Musiqi sözlüyü.

Bildirir: Melodiyanın özəlliyini.

Növləri (tərkibi): Major və minor


Haqqında digər bilgi:

Melodiyalar bəzən şən, oynaq, bəzən də kədərli, qəmli səslənir. Musiqidə belə dəyişməyə lad deyilir. Ladlar major və minor olmaqla iki yerə ayrılır.

Şən və gümrah səslənən melodiyanın ladı major, qəmli, kədərli səslənən melodiyanın ladı minor adlanır.

Buna müvafiq də olaraq major və minor qammalardan istifadə edilir. Ladı təşkil edən səslərin yüksəklik üzrə tonikadan sonrakı oktavanın tonikasına qədər düzülüşü ladın səs sırası və yaxud qamma adlanır.

Major və minor qammalarının üç növü mövcuddur: natural, harmonik, melodik.

Major qammaların quruluşu belədir. Ton, ton, yarımton, ton, ton, ton, yarımton. Fortepiano üçün ən sadə major qamma – Do majordur (C-dur).

Mənbə: "Sirli aləm" kitabı, ztempo.com

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?