Arama
Körfəz savaşı

Adı: Birinci körfəz savaşı.

Səbəbi: Səddam Hüseynin Küveytə olan borcunu qaytarmaq istəməməsi (təxmini, tarışılır).

Başlama və bitmə tarixi: 2 avqust 1990-cı il - 28 fevral 1991-ci il.

Savaş yeri: İraq, Küveyt, Səudiyyə, İran körfəzi.

Tərəflər: İraq - Küveyt, Səudiyyə, ABŞ, Böyük Birtaniya, Rusiya (SSRİ), Fransa, Suriya, Misir və b. 37 dövlət.

Tərəflərin itgiləri: İraq: 20 mindən çox ölü (4 minə yaxını mülki əhali), 75 mindən çox yaralı və 60 mindən çox əsir - 37 dövlət: 2600 civarında ölü (Minə yaxını mülki əhali), 800 civarında yaralı.


Haqqında digər bilgi:

Körfəz savaşı İraqın 1990-cı il 2 avqustda Küveyti işğal etməsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı sonrası Amerika Birləşmiş Ştatları (ABŞ) öncüllüyündə Böyük Birtaniya, Səudiyyə Ərəbistanı, Fransa, Suriya, Misir və b. 37 dövlətin qatılımı ilə oluşan hərbi birliyin İraqa qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində baş verən savaşdır. Bu savaş, körfəz savaşı ilə birlikdə birinci Körfəz savaşı, Çöl fırtınası hərakatı, Basra körfəzi savaşı, Kuveyt savaşı və Birinci İrak savaşı adları ilə də adlandırılmışdır. Öncələri Sovet Birliyi ilə ittifaq halında olan İraq 1980-ci ildə İrana girməsi ilə başlayan İraq-İran savaşında ABŞ İraqa açıqdan olmasada dəstək verməyə başladı. ABŞ prezidenti Ronald Reyqanın zamanında İraqla tam diplomatik əlaqələr quruldu və ABŞ şirkətləri İraqa şabron və böcək dərmanları göndərdi. İraq-İran savaşı zamanı ABŞ-ın istəyi üzərinə Səudiyyə Ərəbistanı və Küveyt də İraqa küllü miqdarda borc vermişdilər. Təkcə Küveytin verdiyi borcun miqdarı 14 milyard dolları həcmində idi.

İraq-İran savaşı 1988-ci ildə bitdiyində İraq İran ərazisindən çəkilmək zorunda qalmışdır. Savaşdan sonra Səddam Hüseyinin savaş zamanı silah almaq üçün aldığı borclara görə ölkə borc bataqlığına saplanmışdır. Savaşdan qalib çıxması üçün Səddam Hüseyni dəstəkləyən qüvvələrin maraqların təmin etməmişdir. Buna görədə Küveyt və Səudiyyə Səddam Hüseyndən borcun qaytarılmasını tələb etməyə başladılar. Səddam Hüseyn isə borclu olan ölkələri İrandan qoruduğunu irəli sürərək borcun silinməsini tələb etdi.

Küveyt və Səudiyyə Ərəbistanı Səddam Hüseynin bu təklifini rədd etdikdən sonra Səddam Hüseyn Küveytin onun ölkəsindən neft oğurladığını, Küveytin İraqa 16,5 milyard borclu olduğunu və Küveytlə, Səudiyyə Ərəbistanının neft istehsalı kvotasını qaldırmaqla İraqa zərbə vurduğu iddialarını irəli sürdü. Buna görədə Küveyt və Səudiyyə Ərəbistanından təzminat tələb etdi. 15 iyun 1990-cı ildə etdiyi bir açıqlama da təzminatın ödənilməyəcəyi təqdirdə savaşa başlayacağı ilə təhdid etdi. 31 iyun 1990-cı ildə o zamankı Misir prezidenti Hüsnü Mübarəkin aracılığı ilə Ciddədə bir görüş keçirilsədə heç bir nəticə olmadı.

İraq Ciddə görüşündən öncə İraq-Küveyt sərhədinə 30 minlik əsgər yığması barəsində ABŞ kəşfiyyatının 23 iyun 1990-cı ildə ABŞ ordusuna məlumat verməsi barəsində iddialar vardır. Digər bir iddiaya görə isə ABŞ-ın İraqdakı səfiri April Qlaspie 25 iyun 1990-cı ildə Səddam Hüseyinlə görüşməsində, ABŞ-ın Ərəblər arasında olan bu soruna qarışmayacağını demiş və iki gün sonra İraqdan ayrılmışdır. Bütün bunlar və Səddam Hüseynin Küveytlə olan sərhəddinə qoşun yığmasını ABŞ bilsədə buna qarşı səssiz qalması ABŞ-ın bilərəkdən Səddam Hüseynin Küveytə olacaq hücumuna yaşıl işıq yandırması da iddia edilməkdədir.

Bütün bunlardan sonra 2 avqust 1990-cı ildə Səddam Hüseyn Küveytin Küveyt şəhərini bombalayaraq işğala başladı. O dövürdə İraq ordusu 955 min nəfərlik nizami və 650 minlik xalq ordusu ilə dünyanın quru qoşunlarına görə dünyanın 4-cü böyük ordusu idi. Təxminlərə görə ən azından İraq ordusunun 4500 tankı, 484 savaş ucağı və 232 savaş helokopderi vardı. İraq Ordusu 8 avqust 1990-cı ildə Küveytin işğalını tamamladı, 28 avqustda Səddam Hüseyn Küveyti 19-cu bölgəsi elan etdi və qohumu Əli Həsən el-Mecidi vali olaraq təyin etdi.

İşğaldan sonra ABŞ və Küveytin tələbi ilə BMT Təhlükəsizlik Şurası toplandı və öncə işğalı pisləyən 660 saylı, daha sonra embarqo təyin edən 661 və 665 saylı qərarlar verildi. Ərəb Birliyi də sorunun Ərəb ölkələri arasında çözülməsi və xarici güclərin müdaxilə etməməsi qərarı verdi. Səddam Hüseyn isə 12 avqustda etdiyi çıxışında işğal olunan torpaqlardan İsrayılın çıxması, Ərəbistandan ABŞ qüvvələri yerinə Ərəb qüvvələrinin yerləşməsi, embarqonun dondurulması tələbləri yerinə yetirildikdən sonra Küveyt məsələsi müzakirə oluna biləcəyini elan etdi. Bunu qəbul etməyən ABŞ və digər ölkələr İraqın çəkilməli olduğunu bildirdilər.

İraqlı bir yetkili avqust ayında ABŞ-a bir təkliflə müraciət etdi. Müraciətdə İraqa bir sıra neft yataqları veriləcəyi və Bəsrə körfəzində haqq tanınacağı təqdirdə Küveytdən çəkiləcəyi qeyd edilmişdir. Bu təklif qəbul edilmədikdən sonra İraq 1990-cı ilin dekabr ayında ABŞ-a daha bir təkliflə müraciət etdi. Təklifdə xarici güclərin bölgədən çəkilməsi, Fələstin sorunun həll edilməsi və həm İraq, həm də İsrayılın əlində olan kütləvi qırğın silahlarının ləvğ edilməsi qarşılığında Küveytdən çəkiləcəklərini bildirilirdi.

BMT Təhlükəsizlik Şurası 29 noyabr 1990-cı il tarixdə 678 saylı qərarı ilə İraqa 15 yanvar 1991-ci il tarixə qədər vaxt verildi. Bu vaxt ərzində Küveytdən çıxmazsa İraqı zorla Küveyitdən çıxarılması üçün hərbi əməliyyat həyata keçiriləcəkdi.

16 yanvar 1991-ci ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi birlik hərakata başladı. 28 fevrala qədər sürən savaş 28 fevralda Səddam Hüseynin məğlubiyyəti ilə başa çatdı. Sülh danışıqları aprel ayının ilk həftəsinə qədər uzandı. Səddam Hüseyn bütün şərtlərin qəbul edildiyini elan etməklə savaş rəsmən bitdi.

Körfəz savaşı
Savaşdan çəkilən rəsimlər.
Körfəz savaşı
Yandırılan neft quyuları və vurulan tank.
Körfəz savaşı
Səddam Hüseyn əsgərlərinin qarşısında çıxış edir.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1084 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?