Arama
Kilimarası

Kilimarası qədim doğu teatırının güclü qolunu təşkil edən Azərbaycan xalq teatrının müstəqil növlərindən biri olan kukla tamaşasıdır.

Meydan tamaşalarının tərkibində olan düyün və bayramlarda ifa olunan kilimarası saz musiqisinin və mahnının müşayiəti ilə göstərilirdi. Oyunu göstərən şəxs kuklaları barmaqları və dizləri ilə hərəkət etdirərək tamaşanı göstərirdi. Bir nəfər kilimin arasına uzanır, iki nəfər isə kilimin yanlarından tutub yuxarı qaldırırdı. Kilimin bu hissəsi tamaşaçılar ilə kukla oynadanın arasını kəsirdi. Köməkçilər (arasına uzanan, və yanlardan qaldıranlar) isə tamaşanın sonuna qədər kilimi bükülməyə qoymurdular. Kaftarküs, maral oyunu, Tapdıq çoban, şölə oyunu və digər oyunlar bu bu ifaçılıq sənəti əsasında göstərilirdi.

Kilimarası tamaşalarında kukulaların geyimi sadə olurdu. Bu oyunlarda xalq həyatı və məişəti öz əksini tapır, sümürgəçilər və tənbəllər gülüş hədəfinə çevrilirdi.

Kilimarası
Kilimarası tamaşasından parçalar.
Kilimarası
Kilimarası tamaşasından parçalar.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?