Arama
Günəbaxan

Adı: Günəbaxan.

Aləm: Bitkilər.

Şöbə: Örtülütoxumlular.

Sinif: İkiləpəlilər.

Fəsilə: Mürəkkəbçiçəklilər.


Haqqında digər bilgi:

Günəbaxan, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində becərilməkdədir. Dərman məqsədi ilə onun çiçəyindən, yarpaqlarından, meyvəsindən və yağından istifadə edilməkdədir.

Günəbaxanın meyvələrinin tərkibində 0.35 pay piyli yağ, 0.16 pay zülal maddələri, fitin, xlorogen turşusu, az miqdarda aşı maddələri, üzvü turşular, yarpaqlarında isə karotin vardır. Sarı rəngdə olan dilcikvari çiçəklərində isə acı maddələr, betain, xolin, karotin və digərləri aşkar edilmişdir. Meyvələri qabıqdan təmizlənir, yüksək altında sıxılır və piyli yağ əldə edilir. Təzə alınmış günəbaxan yağının açıq-sarı rəngi, ətirli iyi olur.

Günəbaxan yağından skleroza istifadə olunan dərmanın, revmatizm xəstəliyinə qarşı sürtmə dərmanın və digər dərmanların hazırlanmasında istifadə edilməkdədir. Çiçəklərindən və yarpaqlarından malyariya və mədə həzim xəstəliklərin müalicəsində işlədilir.

Günəbaxan
Günəbaxan, çiçəyi, meyvəsi, yağı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 245 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?