Arama
Göyçiçək

Göyçiçək, mürəkkəbçiçəklilər fəsiləsinə aid bitkidir. Göyçiçəyin otuza yaxın növü olsada yalnız onun dörd növündən (göy göyçiçək, qumluq göyçiçək, Qafqaz göyçiçəyi və günəbaxana oxşar göyçiçək) tibbi məqsədilə istifadə olunur.

Dərman kimi istifadə etmək üçün göyçiçəyi çiçək açan zaman çiçək səbətlərini qayçı ilə kəsib qıfvari və bir qədər də boruşəkilli çiçəkləri ayırıb quru havalı yerdə qurudullar.

Xalq təbabətində göy göyçiçəyindən çay dəmləyib ürək ağrılarında sakitləşdirici kimi içirlər. Qumlu göyçiçəyidən dəmlənmiş çaydan isə göz xəstəliklərinin müalicəsində istifadə olunur. Qafqaz göyçiçəyinin qurudulmuş güllərini kərə yağına qataraq məlhəm hazırlayırlar ki, bununla da dəri xəstəlikləri müalicə edilir.

Göy göyçiçəyin tərkibində göy rəngli sianin qlükozidi vardır ki, bu da fermentin təsirindən parçalandığında iki molekul qlükoza və sianidin xlorid aqlikonunu əmələ gətirir. Bundan başqa göyçiçəyin tərkibində mineral duzlarda müəyyən edilmişdir.

Göyçiçək
Göyçiçək bitkisi.
Göyçiçək
Göyçiçək bitkisi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 2773 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?