Arama
Fortepiano

Adı: Fortepiano.

Təyinatı: Musiqi aləti.

Səsçıxartma imkanına görə növü: Klavişli (dilli).

Səsçıxartma üsuluna görə növü: Klavişli-zərb.

İxtira olunma tarixi: XVI əsr.

İxtira edən: Bartolomeo Kristofori.


Haqqında digər bilgi:

Fortepiano musiqi ifa etmək üçün alətdir. Alətin adı italyacadan tərcümədə “forte”- güclü səslə, ucadan, yüksəkdən “piano” isə sakit, alcaqdan deməkdir. Ən geniş yayılmış musiqi alətlərindən biri fortepianodur ki, onun da iki növü var: piano və royal. Pianoda simlər şaquli, royalda isə horizantal yerləşir. Bu alət mürəkkəb quruluşlu olub, klavişli-simli mexanizmə malik, akustik aparatdan və dayaq konstruksiyadan ibarətdir.

Alət geniş səs diapazonuna malikdir. Alətdə ifa zamanı müxtəlif yüksəkliklərdə səslənmələr almaq mümkündür. Müasir alətdə iki və ya üç, çox nadir hallarda dörd pedal olur. Sağ pedal tez-tez istifadə olunur. O basıldıqda bütün dempferlər qalxır, buraxıldıqdan sonra müvafiq simlərin səslənməsi davam edir. Bu pedal səslərin qırılmazlığını təmin edir və əsərlərdə Ped. işarə edilir. Romantizim İmpresionizm dövrünün bəstəkarlarının əsərlərində səsə xüsusi ahəng vermək üçün sağ pedaldan çox istifadə edilib.

Sol pedal səsin alçaldılması üçündür. Bu pedal nadir hallarda istifadə edilir. Not yazılarında onun götürülməsi - una corda, çıxarılması - tre corde və ya tutte le corde işarələnir. Orta və ya üçüncü pedal alətə ən gec əlavə edilib. Royalda seçilmiş dempferləri qalxmış vəziyyətdə saxlamaq üçün istifadə edilir. Hazırda bu pedal müasir royal və pianoların hamısında var.

Əsəri qoyub çalmaq üçün hissə pyüpitor adlanır. Bu detal sadə, bəzən də bəzəkli olur.

Alətin adı italyacadan tərcümədə “forte”- güclü səslə, ucadan, yüksəkdən “piano” isə sakit, alcaqdan deməkdir.

Fortepianonun yaranması XVI əsrə aiddir. Bu qeyri-adi alətin yaradıcısı italyalı sənətkar Bartolomeo Kristoforidir. Alətin ilkin quruluşu çox sadə olub nə pedala, nə də dempferə malik olub.

Fortepianonun “əcdadları” klavikord və klavisin sayılır. Klavikordun dəqiq yaranma tarixi məlum deyil, lakin o orta əsrlərdə çox geniş yayılmışdır. Alətin ilk rəsminə 1440 cı ildə nəşr edilmiş “Veymar Möcuzələr Kitabı”nda rast gəlinir. Görnüşünə görə müasir pianoya bənzəyib, ölçülərinə görə ondan çox-çox kiçik olduğu üçün yüksək tonları səsləndirə bilməyib.

Ən görkəmli klavikord ifaçısı İ.S. Baxın oğlu - ali təhsilli musiqiçi Karl Filip Emanuel Bax olub. İlk dəfə alətdə mordento, ikili trel, fermato kimi bəzəkləri o, istifadə edib. Klavikordda ifaya dair fikirlərini Filip Emanuel özünün “Klaviaturanın əsil səsləndirməsi mədəniyyəti” traktatında yazmışdır. Bu əsər klavikord ifaçılığı texnikasına dair ilk əhatəli kitabdır. Bundan əlavə bu əsər müasir fortepiano ifacılığının əsasını təşkil edən baş barmaq texnikasının işlənməsinə dair ən qiymətli kitablardan biridir.

Klavisin isə XV əsərdə yaranıb, görünüşünə görə müasir royala bənzəyir, ölçüləri klavikorddan xeyli böyük olub. Bartolomeo Kristoforidən sonra italyan, alman, ingilis sənətkarları Zilbermann, Şryöter, Zumpe, Ştayn alətin təkmilləşdirilməsinə öz töhvələrini vermişdilər.

XX əsrin sonlarında elektron fortepianolar və sintizatorlar yaranmışdır.

Alətin səsləndirilməsində klaviaturadan istifadə olunur. Klavuatura yuxarı, orta və aşağı registrə bölünür. İfaçıdan solda yerləşən hissə aşağı registr, sağda yerləşən hissə yuxarı registr adlanır. Aşağı registrin səsləri qalın, yuxarı registrin səsləri incədir.

Mənbə: "Dostum fortepiano" kitabı, ztempo.com

Fortepiano
Royal
Fortepiano
Piano
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?