Arama
Ərzurum

Ərzurum Türkiyənin quzey-doğusunda, Trabzon-Təbriz avtomobil yolunun qovşağında yerləşən şəhərdir. Əhalisi 2015-ci ilin sayımına görə 779 321 nəfərdir. Bir əhalinin sıxlığı 30 nəfər/km2-dır. Bakı və Təbrizlə qardaş şəhərdir.

Ərzurumun tarixinin m. ö. 4000 ilə qədər uzandığı ehtimal edilir. Qədim ipək yolunun üzərində yerləşən Ərzurum öncələr Karin, Feodosiopol adlanmışdır. VII yüz illikdə Ərəb xilafətinin tərkibinə qatılmışdır. XI yüz illikdə Ərzurumu Səlcuqlu tutmuş və Türklər buranı Ərzən Ər-Rum adlandırmışlar. Sonralar şəhərin adı bundan qaynaqlaraq Ərzurum olmuşdur. Ərzurum şəhərini şöhrətləndirən tarixi abidələr bə tarixi yerlər çoxdur.

Ərzurumun iqlimi sərtdir. İlin 70-75 günündə qar yerdə qalır. Yağıntının miqdarı 460 mm-dir. İlin yay fəslində istilik 35 dərəcəyə qədər qalır və qış fəslində isə -30 dərəcəyə qədər azalır. Dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Ərazisi 25355 km2 olmaqla Türkiyənin ən böyük dördüncü elidir. Ərazisinin 0,15 hissəsi kənd təsərrüfatına yararlıdır, 0,64 hissəsi dağlıqdır. Şəfalı bulaqların, isti su qaynaqlarının sayı hesabı yoxdur. Yaxın doğunun böyük çayı olan Fərat çayı və mənsəbi Azərbaycan ərazisində olan Araz çayı başlanğıcını burdan götürür.

Məşhur Ədir pendiri ən çox burda istehsal edilir. Türkiyənin ən böyük ət istehsal edən təsərrüfatları da Ərzurumda yerləşir.

Ərzurum
Ərzurumda qış.
Ərzurum
Qış fəslində Ərzurum şəhərindən görünüş.
Ərzurum
Ərzurumun tarixi yerlərindən parçalar.
Ərzurum
Ərzurumum yazı.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?