Arama
Əl-İdrisi

Əl-İdrisi Əndəlüs mədəniyyətinin ən bariz nümunələrindən biridir. Əl-İdrisi 1100-cü ildə Əndəlüsün Səbtə şəhərində doğulmuşdur. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alaraq elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və digər bir çox yerlərə getmiş, müxtəlif təhsil ocaqlarında təhsilini davam etdirmişdir.

İdrisi elm dünyasında əsasən aşağıda qeyd edilmiş 3 əsəri ilə tanınır:

1. Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: İdrisinin ən əhəmiyyətli əsəridir. İdrisinin on beş ilini verdiyi bu əsər bir coğrafiya kitabı və xəritələr kataloqu olaraq da tanınmışdır. Sonralar əsər iki cild halında 1992-ci ildə Frankfurtda yenidən basılmışdır. Əsərin yazma nüsxələrinin ikisi Parisdə, ikisi İstanbulda, digərləri də Peterburq və Qahirədə var. Əsərdə təqdim olunan xəritənin əvvəlki xəritələrdən fərqi:

  1. >> Aralıq dənizinin olduqca təshih edilmiş olması;
  2. >> Avropa topoğrafyasının daha yaxşı çəkilmiş olması;
  3. >> Asiyanın bir çox hissəsi üçün yeni bir topoğrafya təqdim etməsi;
  4. >> Asiyanın şimal şərqinin əhəmiyyətli ölçüdə kiçildilmiş, yumrulaşdırılmış və bir semer şəklini almış olması;
  5. >> Yalnız konfigurasiyayla məhdud qalmaması;
  6. >> Hidro-coğrafik məlumatın genişlədilmiş və orografik (dağlarla əlaqədar) xüsusiyyətlərin fərqli bir təmsillə verilmiş olması və.s

On ikinci əsr İslam dünyasında ərsəyə gəlmiş bu əsər Avropadakı xəritəçilik elminə də təsir etmişdir. Əsər, bəzi təfərrüatları ehtiva etməsi səbəbindən dövründə çox əhəmiyyətli işlərindən biri olaraq qəbul edilmiş, təxminən dörd əsr boyunca, həm Şərq həm də Qərbdə istifadə edilmişdir. Dünyanın kürə şəklində olduğunu düşünən İdrisinin bu atlas-əsəri o günə qədər bilinən dünya coğrafiyasını təsvir edən ən geniş əsərdir. Çəkilən bu düz və dairəvi dünya xəritələrindən Avropalı alim və səyyahlarında faydalandığı təsbit edilmişdir. Bunun yanında Amerikanın kəşfi əsnasında bu xəritələri Kolumbun istifadə etdiyinə dair məlumatlar da mövcuddur.

2. Ünsü’l-Mühəc və Ravzü’l-Fərəc: Kitab ilk əsərin əlavəli bir xülasəsidir. Bu əsərdə ekvatorun cənubunda qalan səkkizinci bir iqlimdən danışılmaqdadır. Bu əsərin Süleymanıya Kitabxanasında olan iki əlyazmasının basımı 1984-cü ildə Fuad Hissin tərəfindən həyata keçirilmişdir.

3. Əl-Cami’ li-Şıfatı Eştatin-nəbat və Durubi Envaci’l-Müfredat Mine’l-Eşcar Ve’s-Simar Vəl-xasa’is: İdrisi bu əsərdə botanika və zoologiya sahəsinə aiddir. Xüsusilə müalicədə istifadə edilən bitkilər üzərində çalışmışdır. Beləcə, çox sayda yeni dərman bitkisi həkimlərin xidmətinə təqdim edilmişdir.

Qısaca söyləmək lazım olsa, İdrisinin coğrafiya sahəsinə ən əhəmiyyətli qatqısı, Müsəlman coğrafiya alimlərinin kəşf edib inkişaf etdirdikləri məlumatları, Qərbdəki elm mərkəzlərinə köçürmüş olmasıdır. Çünki Idrisinin coğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avropalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti ona tədqiqat sahəsində daha geniş imkanlar açır. Tərtib etdiyi naviqasiya xəritələri həm Avropa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Onun avropalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibolunmaz dəlilləri vardır.

Yazar: Münasib Həmidli Oxunma: 531 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?